DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ-da pis hava şəraiti ilə bağlı ölənlərin sayı 89-a çatıb - TV

© AP Photo / Petr David JosekQarlı hava, arxiv
Qarlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 21.01.2024
Abunə olmaq
ABŞ-ın mərkəzi bölgələrində temperatur mənfi 34,4 dərəcəyə düşüb.
BAKI, 21 yanvar - Sputnik. ABŞ-da son bir həftə ərzində Arktikada soyuqlar səbəbindən ən azı 89 nəfər ölüb. Bu barədə TASS yerli KİV-lərə istinadən məlumat yayıb.
Məlumata görə, Tennessi ştatında 25, Oreqonda isə ən azı 16 nəfər ölüb.
Həmçinin İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu Cersi ştatlarında ölüm halları qeydə alınıb.
Bildirirli ki, yanvarın 12-dən bəri ABŞ-ın çox hissəsində soyuqlar və qar yağır. Yanvarın 17-də verilən məlumata görə, ABŞ-ın mərkəzi bölgələrinin bir çox yerlərində temperatur mənfi 34,4 dərəcəyə düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0