https://sputnik.az/20240120/nato-da-ukraynanin-uzvluyu-ile-razilasmayanlar-olacaq---volfqanq-sinqer-462082774.html
NATO-da Ukraynanın üzvlüyü ilə razılaşmayanlar olacaq - Volfqanq İşinqer
NATO-da Ukraynanın üzvlüyü ilə razılaşmayanlar olacaq - Volfqanq İşinqer
Sputnik Azərbaycan
Şimali Atlantika Müqaviləsi Təşkilatı konseptual olaraq Ukraynaya dəstəkdən imtina etməyə hazır deyil, lakin yardım yalnız simvolik olaraq qalacaq. 20.01.2024, Sputnik Azərbaycan
2024-01-20T16:33+0400
2024-01-20T16:33+0400
2024-01-20T14:44+0400
nato
dünya xəbərləri
ukrayna
almaniya
putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130157_0:160:3072:1888_1920x0_80_0_0_35697c41ee43b96a96561244c8923a4d.jpg
BAKI, 20 yanvar — Sputnik. Ukrayna yaxın gələcəkdə NATO-ya üzvlük gözləməməlidir, çünki alyansda Kiyevin qəbulu ilə razılaşmayanlar olacaq. Bunu Almaniyanın ABŞ və Böyük Britaniyadakı keçmiş səfiri Volfqanq İşinqer bəyan edib. O, bu barədə "Deciding Your Tomorrow" forumunda müzakirə zamanı bildirib. "Hətta çoxumuz Ukraynanın NATO-ya daxil olmasının yaxşı ideya olduğu ilə razılaşsaq belə, mən qorxuram ki, NATO-nun 30-dan çox üzvündən biri, ikisi, üçü olacaq ki, "Oh, yox, yox, bəlkə, hələ yox" deyəcəklər" – Volfqanq İşinqer Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirak etdiyi tədbirdə belə deyib. Bundan əlavə, Almaniyanın keçmiş səfiri vurğulayıb ki, Ukrayna hakimiyyətinin Şimali Atlantika Alyansına qoşulması üçün onun "nikbin ssenarisi" yoxdur. Onun sözlərinə görə, hətta heç kimlə münaqişəsi olmayan İsveç də uzun müddətdir ki, üzvlüklə bağlı qərar gözləyir, ona görə də Ukrayna bu məsələdə lehinə bel bağlamamalıdır. Bundan əvvəl Rusiya lideri Vladimir Putin Ukraynanın NATO-ya üzvlüyünün hətta 10-15 ildən sonra Moskva üçün qəbuledilməz olacağını bildirmişdi. M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin politoloqu Artyom Kosorukov qeyd edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı konseptual olaraq Ukraynaya dəstəkdən imtina etməyə hazır deyil, lakin yardım yalnız simvolik olaraq qalacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130157_171:0:2902:2048_1920x0_80_0_0_d9bd9a9e6170142b9474dff45e9a8f1c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, ukrayna, almaniya, putin, vladimir putin
nato, ukrayna, almaniya, putin, vladimir putin
NATO-da Ukraynanın üzvlüyü ilə razılaşmayanlar olacaq - Volfqanq İşinqer
Şimali Atlantika Müqaviləsi Təşkilatı konseptual olaraq Ukraynaya dəstəkdən imtina etməyə hazır deyil, lakin yardım yalnız simvolik olaraq qalacaq.
BAKI, 20 yanvar — Sputnik. Ukrayna yaxın gələcəkdə NATO-ya üzvlük gözləməməlidir, çünki alyansda Kiyevin qəbulu ilə razılaşmayanlar olacaq.
Bunu Almaniyanın ABŞ və Böyük Britaniyadakı keçmiş səfiri Volfqanq İşinqer bəyan edib. O, bu barədə "Deciding Your Tomorrow" forumunda müzakirə zamanı bildirib.
"Hətta çoxumuz Ukraynanın NATO-ya daxil olmasının yaxşı ideya olduğu ilə razılaşsaq belə, mən qorxuram ki, NATO-nun 30-dan çox üzvündən biri, ikisi, üçü olacaq ki, "Oh, yox, yox, bəlkə, hələ yox" deyəcəklər" – Volfqanq İşinqer Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirak etdiyi tədbirdə belə deyib.
Bundan əlavə, Almaniyanın keçmiş səfiri vurğulayıb ki, Ukrayna hakimiyyətinin Şimali Atlantika Alyansına qoşulması üçün onun "nikbin ssenarisi" yoxdur. Onun sözlərinə görə, hətta heç kimlə münaqişəsi olmayan İsveç də uzun müddətdir ki, üzvlüklə bağlı qərar gözləyir, ona görə də Ukrayna bu məsələdə lehinə bel bağlamamalıdır.
Bundan əvvəl Rusiya lideri Vladimir Putin Ukraynanın NATO-ya üzvlüyünün hətta 10-15 ildən sonra Moskva üçün qəbuledilməz olacağını bildirmişdi.
M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin politoloqu Artyom Kosorukov qeyd edib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı konseptual olaraq Ukraynaya dəstəkdən imtina etməyə hazır deyil, lakin yardım yalnız simvolik olaraq qalacaq.