https://sputnik.az/20240120/abs-in-kecmis-kesfiyyatcisi-ritter-ozunu-mariya-zaxarovanin-perestiskari-adlandirib-462082466.html
ABŞ-ın keçmiş kəşfiyyatçısı Ritter özünü Mariya Zaxarovanın pərəstişkarı adlandırıb
ABŞ-ın keçmiş kəşfiyyatçısı Ritter özünü Mariya Zaxarovanın pərəstişkarı adlandırıb
Sputnik Azərbaycan
Hərbi ekspert kollektiv Qərb ölkələrinin dünya siyasətini müəyyən etmək istəyinin onlar arasında parçalanmaya səbəb olacağını istisna etməyib. 20.01.2024, Sputnik Azərbaycan
2024-01-20T18:15+0400
2024-01-20T18:15+0400
2024-01-20T21:43+0400
mariya zaxarova
dünya xəbərləri
bmt
rusiya
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_0:0:3095:1742_1920x0_80_0_0_016589b56cb0a8956aa77dfba2a9a9df.jpg
BAKI, 20 yanvar — Sputnik. Hərbi ekspert, ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter özünü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarının pərəstişkarı adlandırıb. Skott Ritter bunu "aif.ru" müxbirinin də iştirak etdiyi jurnalistlərlə görüşündə Qərbin xarici siyasətini tənqid edərkən qeyd edib. "Mən Mariya Zaxarovanın böyük pərəstişkarıyam. O, bu yaxınlarda Makrona deyib: "Danışdığın bütün bu qaydaların surətini bizə ver. Beynəlxalq hüquqdan başqa qaydalar yoxdur. Bu cür açıqlanmayan qaydalar kollektiv Qərb üçün heç də möhkəm olmayan kövrək təməldir. Bu boş bir şeydir. Buna görə də Qərb qlobal hegemon roluna iddialı ola bilməz" - Skott Ritter bildirib. Hərbi ekspert kollektiv Qərb ölkələrinin dünya siyasətini müəyyən etmək istəyinin onlar arasında parçalanmaya səbəb olacağını istisna etməyib. "ABŞ və ya Böyük Britaniya arasında qarşıdurma olacaqmı? Bilmirəm. Almaniya və Fransa öz suverenliklərini daha güclü şəkildə müdafiə etməyə çalışacaqlarmı? Ola bilər. Hazırda Rusiya Federasiyası Almaniyanı ötüb və dünyanın beşinci ən böyük iqtisadiyyatına çevrilib. Rusiya güclənir və bundan sonra nə olacağını heç kim bilmir" - Ritter sözünə davam edib. Keçmiş kəşfiyyatçının sözlərinə görə, bu gün dünyada yeni siyasi güc mərkəzləri yaranır. "Mənə elə gəlir ki, Rusiyada yeni xarici siyasət konsepsiyası təsdiqlənib və bu, ölkə üçün zəmin yaradır. Orada deyilir ki, Rusiya ayrıca mədəniyyətdir, ayrıca sivilizasiyadır, onun öz tarixi var və özünü Qərbin gözü ilə qiymətləndirmir. Rusiya Rusiyadır. Bu sivilizasiya mərkəzidir. Eyni şey Çinə də aiddir", - ekspert qeyd edib. Bununla yanaşı, Ritterin fikrincə, nə Rusiya, nə də Çin dünya nizamını öz qaydalarına uyğun qurmaqdan danışmırlar. "Bu ölkələrdə söhbət BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq hüququn elementar ideya və prinsiplərinə qayıdışdan gedir" – Skott Ritter vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448156596_355:0:3084:2047_1920x0_80_0_0_72d3c1b9088bc1ecdc725c2b9de16457.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, bmt, rusiya, çin
mariya zaxarova, bmt, rusiya, çin
ABŞ-ın keçmiş kəşfiyyatçısı Ritter özünü Mariya Zaxarovanın pərəstişkarı adlandırıb
18:15 20.01.2024 (Yenilənib: 21:43 20.01.2024) Hərbi ekspert kollektiv Qərb ölkələrinin dünya siyasətini müəyyən etmək istəyinin onlar arasında parçalanmaya səbəb olacağını istisna etməyib.
BAKI, 20 yanvar — Sputnik. Hərbi ekspert, ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter özünü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarının pərəstişkarı adlandırıb.
Skott Ritter bunu "aif.ru" müxbirinin də iştirak etdiyi jurnalistlərlə görüşündə Qərbin xarici siyasətini tənqid edərkən qeyd edib.
"Mən Mariya Zaxarovanın böyük pərəstişkarıyam. O, bu yaxınlarda Makrona deyib: "Danışdığın bütün bu qaydaların surətini bizə ver. Beynəlxalq hüquqdan başqa qaydalar yoxdur. Bu cür açıqlanmayan qaydalar kollektiv Qərb üçün heç də möhkəm olmayan kövrək təməldir. Bu boş bir şeydir. Buna görə də Qərb qlobal hegemon roluna iddialı ola bilməz" - Skott Ritter bildirib.
Hərbi ekspert kollektiv Qərb ölkələrinin dünya siyasətini müəyyən etmək istəyinin onlar arasında parçalanmaya səbəb olacağını istisna etməyib.
"ABŞ və ya Böyük Britaniya arasında qarşıdurma olacaqmı? Bilmirəm. Almaniya və Fransa öz suverenliklərini daha güclü şəkildə müdafiə etməyə çalışacaqlarmı? Ola bilər. Hazırda Rusiya Federasiyası Almaniyanı ötüb və dünyanın beşinci ən böyük iqtisadiyyatına çevrilib. Rusiya güclənir və bundan sonra nə olacağını heç kim bilmir" - Ritter sözünə davam edib.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, bu gün dünyada yeni siyasi güc mərkəzləri yaranır.
"Mənə elə gəlir ki, Rusiyada yeni xarici siyasət konsepsiyası təsdiqlənib və bu, ölkə üçün zəmin yaradır. Orada deyilir ki, Rusiya ayrıca mədəniyyətdir, ayrıca sivilizasiyadır, onun öz tarixi var və özünü Qərbin gözü ilə qiymətləndirmir. Rusiya Rusiyadır. Bu sivilizasiya mərkəzidir. Eyni şey Çinə də aiddir", - ekspert qeyd edib.
Bununla yanaşı, Ritterin fikrincə, nə Rusiya, nə də Çin dünya nizamını öz qaydalarına uyğun qurmaqdan danışmırlar.
"Bu ölkələrdə söhbət BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq hüququn elementar ideya və prinsiplərinə qayıdışdan gedir" – Skott Ritter vurğulayıb.