DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qəzza zolağında Hepatit A-ya yoluxma sayı artıb

© AP Photo / Hatem MoussaQəzza
Qəzza - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
ÜST-ün baş direktoru vurğulayıb ki, xəstəliklərə diaqnoz qoymaq imkanları son dərəcə məhdud olaraq qalır. İşləyən laboratoriyalar yoxdur.
BAKI, 19 yanvar — Sputnik. Qəzza zolağında təmiz suya giriş ciddi şəkildə məhdudlaşdırıldığı üçün Hepatit A-ya yoluxma sayı artıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "X" hesabında bildirib.
"Qeyri-insani həyat şəraiti - demək olar ki, içməli suyun olmaması, natəmiz tualetlər və ya ətrafı təmiz saxlamağın qeyri-mümkünlüyü - Hepatit A-nın daha da yayılmasına imkan verəcək. Xəstəliklərə diaqnoz qoymaq imkanları son dərəcə məhdud olaraq qalır. İşləyən laboratoriyalar yoxdur. Bu səhiyyə böhranına reaksiya vermək imkanı məhdud olaraq qalır. Biz tibbi yardımın maneəsiz və təhlükəsiz əldə edilməsinə və sağlamlığın qorunmasına çağırış etməyə davam edirik", ÜST-ün baş direktoru vurğulayıb.
Tedros Adhanom Qebreyesus qeyd edib ki, viruslu qaraciyər infeksiyası olan Hepatit A adətən yüngül formada keçir, lakin bəzən ağır xəstəliyə səbəb ola bilər. O əlavə edib ki, məhdud laboratoriya imkanlarına görə hələlik 24 nəfərdə Hepatit A yoluxması analizlə təsdiqlənsə də, minlərlə sarılıq yoluxmasının də qaraciyər infeksiyası ilə əlaqəli olduğu güman edilir. Bu da Hepatit A yoluxmasının daha çox yayıla biləcəyini göstərir.
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb. Savaş üç aydan çoxdur davam edir.
"Qəzza zolağında döyüşlər 2024-cü il boyunca davam edəcək". Bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə görüş zamanı deyib.
Halevi qeyd edib ki, İsrail ordusu İordan çayının qərb sahilində sayıqlığını davam etdirəcək, həmçinin şimalda şiə Hizbullah təşkilatının silahlı birləşmələri ilə mübarizə aparacaq.
Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsindən, 240-dan çox uşaq və qadının girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edib. Ölkə Livan və Suriyanın müəyyən bölgələrinə qarşı cavab tədbirləri görməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başladığını elan edib. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Xəbər lenti
0