CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rüşvət aldığı iddia edilən məktəb direktoru ilə bağlı yoxlamalara başlanıldı - VİDEO

© AFP 2024 / JUSTIN SULLIVANDirektor, arxiv şəkli
Direktor, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb.
BAKI, 19 yanvar — Sputnik. Mərkəzi Aran Regional Təhsil İdarəsi sosial şəbəkələrdə məktəb direktorunun rüşvət aldığını əks etdirən görüntülərə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, qurumun *Facebook səhifəsində bildirilir ki, ötən gün kütləvi informasiya vasitələrində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb.
"Bildiririk ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən 13-14 noyabr 2023-cü il tarixlərində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı yoxlama aparılmış və sözügedən məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir şəhər Prokurorluğu, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yoxlamalara başlanılmışdır. Aparılmış yoxlamaların nəticələrinə və eləcə də Mingəçevir şəhər Prokurorluğunun şifahi məlumatına əsasən, Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılmış və hazırda iş üzrə istintaq davam edir".
İdarənin yaydığı açıqlamada o da qeyd olunub ki, araşdırmanın nəticəsi bitdikdən sonra, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq addımlar atılacaqdır. Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində korrupsiya ilə əlaqədar hüquqpozmaların baş verməsini pisləyir, bunun qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görür.
Qeyd edək ki, sosial şəbəkələrdə 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyevin hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət aldığını əks etdirən görüntülər yayılıb.
Xatırladaq ki, bundan əvvəl Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbinin direktoru Rəşad Əsədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
12.05.23, 22:03
Prokurorluq məktəb direktoru barəsində cinayət işi başladıb
Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanılıb. Bu barədə Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, rayonun Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbinin direktoru Məmməd Məmmədovun qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan təhsil müəssisəsində 2017-2023-cü illər ərzində dərs, məşğələ saatlarının qeyri-ixtisas müəllimlərə həvalə olunması və əsassız olaraq əməkhaqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
İbtidai istintaq davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0