https://sputnik.az/20240119/prezidentden-yetkinlik-yasina-catmayanlarla-bagli-muhum-serencam-462077895.html
Prezidentdən yetkinlik yaşına çatmayanlarla bağlı mühüm sərəncam
Prezidentdən yetkinlik yaşına çatmayanlarla bağlı mühüm sərəncam
Sputnik Azərbaycan
Sərəncama əsasən yetkinlik yaşına çatmayanları cinayətkarlığa, fahişəliyə, pornoqrafiya tamaşalarında iştiraka və digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud... 19.01.2024, Sputnik Azərbaycan
2024-01-19T18:04+0400
2024-01-19T18:04+0400
2024-01-19T18:04+0400
cəmiyyət
prezident ilham əliyev
pornoqrafiya
uşaq pornoqrafiyası
polis
fahişəlik
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0a/461873047_0:133:1419:931_1920x0_80_0_0_129769d69b2037c899f5a488edecae6f.jpg
BAKI, 19 yanvar — Sputnik. Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştiraka cəlbetmə ilə bağlı məsuliyyət müəyyənləşib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində "cinayət əməllərinə və ya fahişəliyə" sözləri "cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə" sözləri ilə əvəz edilib. Belə ki, daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər. Bununla bağlı, həmçinin "Polis haqqında", "Ümumi təhsil haqqında" qanunlara da müvafiq dəyişikliklər edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0a/461873047_0:0:1419:1064_1920x0_80_0_0_1e1a155b39d3b194f73bd6556fef775f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, pornoqrafiya, uşaq pornoqrafiyası, polis, fahişəlik
prezident ilham əliyev, pornoqrafiya, uşaq pornoqrafiyası, polis, fahişəlik
Prezidentdən yetkinlik yaşına çatmayanlarla bağlı mühüm sərəncam
Sərəncama əsasən yetkinlik yaşına çatmayanları cinayətkarlığa, fahişəliyə, pornoqrafiya tamaşalarında iştiraka və digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud onlara qarşı qanunazidd əməllər törətmiş şəxslərlə bağlı tədbirlər görüləcək.
BAKI, 19 yanvar — Sputnik. Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştiraka cəlbetmə ilə bağlı məsuliyyət müəyyənləşib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində "cinayət əməllərinə və ya fahişəliyə" sözləri "cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə" sözləri ilə əvəz edilib.
Belə ki, daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər.
Bununla bağlı, həmçinin "Polis haqqında", "Ümumi təhsil haqqında" qanunlara da müvafiq dəyişikliklər edilib.