NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

MTQ Avropanın əlindən çıxır: boru kəməri qazı niyə daha etibarlıdır?

© iStock.com / imaginimaQaz kəməri, arxiv şəkli
Qaz kəməri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
Mayeləşdirilmiş qazın tədarükü marşrutunun dəyişməsi nəticəsində Avropa İttifaqının idxal etdiyi MTQ-nin demək olar ki, beşdə birinin qiymətləri arta bilər.
BAKI, 19 yanvar — Sputnik. Yəmən husilərinin Qırmızı dənizdə ticarət gəmilərinə davamlı hücumları bir sıra gəmiçilik şirkətlərini malların tədarükü marşrutlarını tənzimləməyə məcbur etdi; bəzi ölkələr məhsullarını təhlükəli dəniz vasitəsilə göndərməkdən tamamilə imtina etməyə məcbur oldular.
Belə ki, husilərin pilotsuz təyyarələrinin hücumlarına başladıqdan sonra Qırmızı dənizdə maye qaz nəqli, demək olar ki, 95% azalıb və mayeləşdirilmiş təbii qazı (MTQ) Qırmızı dəniz vasitəsilə Avropaya göndərən yeganə ölkələr son vaxtlara qədər Qətər və Rusiya olub. Ancaq bir gün əvvəl məlum oldu ki, Qətər Süveyş kanalından yan keçmək və mallarını Ümid burnu vasitəsilə Afrikadan yan keçən marşrutla Avropaya yönləndirmək qərarına gəlib.
Bundan əvvəl bir sıra media orqanları Qırmızı dənizdəki təhlükə və marşrutun dəyişdiriləcəyi təqdirdə maliyyə xərcləri səbəbindən Qətərin Avropaya MTQ tədarükünü tamamilə dayandıracağını iddia edirdi.
Mütəxəssislər hesablayıblar ki, mayeləşdirilmiş qazın tədarükü marşrutunun dəyişdirilməsi nəticəsində Avropa İttifaqının idxal etdiyi MTQ-nin, demək olar ki, beşdə birinin qiymətləri arta bilər.
Avropa MTQ-siz qalacaq?
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov hesab edir ki, Qətər real vaxt rejimində maye qazının dünya bazarlarına tədarükü ilə bağlı riskləri və vəziyyəti qiymətləndirəcək və bu ölkənin MTQ-ni satmaq üçün iki variantı var.

"Qətər MTQ-ni Avropaya çatdırmaqdan imtina etmir, daha çox Yəməndən uzaq duracağını və Qırmızı dənizə girməyəcəyini bildirir. Bundan sonra isə iki variant var: ya MTQ Afrikanın ətrafında, Ümid burnu vasitəsilə gedəcək - bu, təxminən iki həftə əlavə yoldur. Ya da Qətər özünün bütün həcmini Asiya bazarında satacaq. Qətər ona hansı variantın sərf etdiyini real vaxt rejimində qiymətləndirə bilər – Afrika ətrafından dövr etmək üçün əlavə xərclərlə Avropaya satmaq və ya Asiyaya satmaq" - Yuşkov "Sputnik Azərbaycan"a bildirib.

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidİqor Yuşkov
İqor Yuşkov - Sputnik Azərbaycan, 1920, 18.01.2024
İqor Yuşkov
Onun sözlərinə görə, hazırda Asiya və Avropa bazarlarında qazın qiyməti, təxminən eynidir və bunu nəzərə alsaq, Qətərin MTQ-ni Asiyaya göndərməsi daha asan olacaq. Müvafiq olaraq, Avropadakı pay tədarükçülər üçün azad ediləcək və avropalı istehlakçılar "Yamal-MTQ" layihəsindən daha çox Rusiya yanacağı alacaqlar.
Ekspert hesab edir ki, ona görə də burada bazarların qismən bölünməsini müşahidə etmək mümkün olacaq. Yəni, Qətər Asiyaya daha çox qaz tədarük edəcək, Avropada isə onun bazar payını Rusiya layihələri tutacaq,
Bahalaşma Avropaya necə təsir edəcək?
Yuşkovun fikrincə, əgər Qırmızı dənizdəki vəziyyətlə əlaqədar Avropada qaz qıtlığı yaranarsa, o zaman Avropa bazarında bu növ yanacağın qiyməti qalxacaq və Avropa MTQ-yə görə Asiya ilə rəqabət aparacaq.
"Asiyada qiymətlər aşağı olacaq, avropalılar isə Asiyada olduğu kimi qiymətləndirəcəklər, üstəlik, onlar artan çatdırılma dəyərini ödəyəcəklər. Beləliklə, əlçatan MTQ üçün rəqabət yaranacaq" - ekspert qeyd edib.
Eyni zamanda, Avropa şirkətləri qışda yeraltı qaz anbarlarından daha çox qaz çıxara, cari idxalı azalda və qaz ehtiyatlarını "yeyərək" bununla da cari istilik mövsümünü yola verə çıxa bilərlər.

"Lakin Avropa bazarında heç bir fəlakət gözləməyə dəyməz, çünki Avropada qaz istehlakı nəzərəçarpacaq dərəcədə - 2023-cü ildə 60 milyard kubmetrə qədər azalıb. Onlarda hazırda qiymətlər də çox balanslaşdırılıb, 1 min kubmetr üçün, təxminən 300-330 dollar" - ekspert vurğulayıb.

Yuşkov hesab edir ki, bu cür qiymətlərlə, hətta logistikanın pozulması səbəbindən qazın qiymətinin qalxması Avropa üçün kifayət qədər məqbul görünür.
"Bəli, qazın qiymətinin artması Avropanın iqtisadi inkişafına xələl gətirə bilər, iqtisadi tənəzzül orada yeni başlayır, lakin buna baxmayaraq, Avropa bundan ölməyəcək" – o, belə hesab edir.
"Qırmızı dənizdəki vəziyyət, ümumilikdə, mayeləşdirilmiş təbii qaz təchizatının zəifliyini göstərir" – "Sputnik Azərbaycan"ın həmsöhbəti qeyd edib.
"Həqiqətən, bu baxımdan boru kəmərlərinin tədarükü daha etibarlı görünür, lakin hər yerin öz müsbət və mənfi cəhətləri var. Məlumdur ki, qaz kəmərləri ilə bağlı problemlər var - məsələn, Ukrayna Rusiya Federasiyasının Aİ-yə qaz tədarükü üçün iki qaz kəmərindən birini bağlayıb. Və ya "Şimal axınları"ndakı partlayışlar. Ona görə də hər yerdə müsbət və mənfi cəhətlər var. Amma başqa bir məsələ ondan ibarətdir ki, bir qayda olaraq, qaz uzunmüddətli müqavilələr əsasında boru kəməri ilə axır və onlara əsasən qazın digər idxalçılar tərəfindən "mənimsənilməsi" və MTQ ilə vəziyyətdə olduğu kimi alıcı bazarında peyda olması halları yaranmır" - Yuşkov sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Neft tankeri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.12.2023
İQTİSADİYYAT
Qırmızı dənizdə təhlükə – Azərbaycan neft nəqlinin marşrutunu dəyişəcəkmi?
Xəbər lenti
0