SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hikmət Hacıyev Fəxrəddin Altunla görüşdü

© Photo : Twitter / Fahrettin AltunHikmət Hacıyev Türkiyədə Fəxrəddin Altunla görüşüb
Hikmət Hacıyev Türkiyədə Fəxrəddin Altunla görüşüb
 - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.
Bu barədə Fəxrəddin Altun paylaşım edib.
O, Türkiyədə görüşərək məhsuldar görüş keçirdiklərini bildirib.
"Regional və beynəlxalq müstəvidə dost və qardaş Türkiyə və Azərbaycan arasında informasiya, media və ictimai diplomatiya sahəsində, eyni zamanda, dezinformasiya ilə mübarizə sahəsində iş birliyini gücləndirməyə böyük əhəmiyyət veririk. Bundan sonrakı müddətdə media və informasiya sahəsindəki iş birliklərimizi artıracaq, beynəlxalq sahədə iki dost və qardaş ölkə olaraq həqiqət mübarizəmizi aparmağa davam edəcəyik", - o qeyd edib.
Xəbər lenti
0