https://sputnik.az/20240119/aztelekom-ve-baktelecom-qiymetleti-qanunsuz-olaraq-4-defe-artirib---resmi-462081099.html
"Aztelekom" və "Baktelecom" qiymətləti qanunsuz olaraq 4 dəfə artırıb - Rəsmi
"Aztelekom" və "Baktelecom" qiymətləti qanunsuz olaraq 4 dəfə artırıb - Rəsmi
Sputnik Azərbaycan
Dövlət qurumunun rəsmisi deyib ki, ən yüksək artım internet xidmətləri üzrə tətbiq edilən tariflər üzrə olub. 19.01.2024, Sputnik Azərbaycan
2024-01-19T19:50+0400
2024-01-19T19:50+0400
2024-01-19T19:50+0400
dövlət
azərbaycan xəbərləri
"aztelekom"
aztelekom mmc
"bakı telefon rabitəsi"
bakı telefon rabitəsi istehsalat birliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/08/18/424748033_0:0:1772:997_1920x0_80_0_0_78a8e06f46643037488cb2f14d82bdf5.jpg
BAKI, 19 yanvar — Sputnik. Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə işlə bağlı mübahisələr hələ həllini tapmayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə açıqlamasında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib. O bildirib ki, buna səbəb Dövlət Xidmətinin verdiyi qərarla bağlı qarşı tərəfin şikayətinin olmasıdır: "Ona görə də hazırda məhkəmə prosesi davam edir. Yalnız məhkəmənin son qərarı əsasında bu məsələ həllini tapacaq. Dövlət Xidmətinin verdiyi qərar ədalətlidir. Təbii inhisar subyektinin dövlətin tənzimlədiyi qiyməti Tarif Şurasından razılıq almadan hansısa istiqamətdə dəyişdirməsi qanunsuz hal hesab edilir. Bizim qərarımızın da mahiyyətində bu məsələ dayanır. Hazırda bu məsələ ilə bağlı mübahisələr gedir". M.Abbasbəyli vurğulayıb ki, "Aztelekom" və "Baktelecom" bir neçə xidmətlər üzrə tarifləri qanunsuz olaraq artırıb: "Ən yüksək artım internet xidmətləri üzrə tətbiq edilən tariflər üzrə olub. Cəmiyyətlərin tətbiq etdiyi qiymətlər dövlətin müəyyənləşdirdiyi həddən 4 dəfə çox olub. Belə hallar sözügedən sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maneədir". Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev isə qeyd edib ki, həmin tariflər istehlakçılara göstərilən xidmətlərə görə olan tariflər deyil: "Onlar "Aztelekom"un yerli bazarda fəaliyyət göstərən rəqiblərinə, yəni digər şirkətlərə tətbiq etdiyi tariflər idi. İstehlakçı bu tarifləri görmür". "Aztelekom"dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Aztelekom" MMC-yə qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi 21.07.2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib: "Hazırda iş üzrə məhkəmə araşdırması davam edir". Xatırladaq ki, 2023-ci ildə Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə və tariflərin qanunsuz olaraq artırılması barədə iş qaldırıb. Qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, cəmiyyətlərin hərbirinə 16 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/18/424748033_98:0:1673:1181_1920x0_80_0_0_1ee9c994340dc6914f82adf276a1e646.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət, "aztelekom", aztelekom mmc, "bakı telefon rabitəsi", bakı telefon rabitəsi istehsalat birliyi
dövlət, "aztelekom", aztelekom mmc, "bakı telefon rabitəsi", bakı telefon rabitəsi istehsalat birliyi
"Aztelekom" və "Baktelecom" qiymətləti qanunsuz olaraq 4 dəfə artırıb - Rəsmi
Dövlət qurumunun rəsmisi deyib ki, ən yüksək artım internet xidmətləri üzrə tətbiq edilən tariflər üzrə olub.
BAKI, 19 yanvar — Sputnik. Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə işlə bağlı mübahisələr hələ həllini tapmayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə açıqlamasında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, buna səbəb Dövlət Xidmətinin verdiyi qərarla bağlı qarşı tərəfin şikayətinin olmasıdır: "Ona görə də hazırda məhkəmə prosesi davam edir. Yalnız məhkəmənin son qərarı əsasında bu məsələ həllini tapacaq. Dövlət Xidmətinin verdiyi qərar ədalətlidir. Təbii inhisar subyektinin dövlətin tənzimlədiyi qiyməti Tarif Şurasından razılıq almadan hansısa istiqamətdə dəyişdirməsi qanunsuz hal hesab edilir. Bizim qərarımızın da mahiyyətində bu məsələ dayanır. Hazırda bu məsələ ilə bağlı mübahisələr gedir".
M.Abbasbəyli vurğulayıb ki, "Aztelekom" və "Baktelecom" bir neçə xidmətlər üzrə tarifləri qanunsuz olaraq artırıb: "Ən yüksək artım internet xidmətləri üzrə tətbiq edilən tariflər üzrə olub. Cəmiyyətlərin tətbiq etdiyi qiymətlər dövlətin müəyyənləşdirdiyi həddən 4 dəfə çox olub. Belə hallar sözügedən sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maneədir".
Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev isə qeyd edib ki, həmin tariflər istehlakçılara göstərilən xidmətlərə görə olan tariflər deyil: "Onlar "Aztelekom"un yerli bazarda fəaliyyət göstərən rəqiblərinə, yəni digər şirkətlərə tətbiq etdiyi tariflər idi. İstehlakçı bu tarifləri görmür".
"Aztelekom"dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Aztelekom" MMC-yə qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi 21.07.2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib: "Hazırda iş üzrə məhkəmə araşdırması davam edir".
Xatırladaq ki, 2023-ci ildə Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə və tariflərin qanunsuz olaraq artırılması barədə iş qaldırıb. Qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, cəmiyyətlərin hərbirinə 16 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.