https://sputnik.az/20240119/azerbaycanin-qosulmama-herekatina-sedrliyinin-4-ili-tamam-olur-459938705.html
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi hansı ölkəyə təhvil verib?
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi hansı ölkəyə təhvil verib?
Sputnik Azərbaycan
Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks... 19.01.2024, Sputnik Azərbaycan
2024-01-19T16:45+0400
2024-01-19T16:45+0400
2024-01-19T15:36+0400
qoşulmama hərəkatının nazirlər konfransı
azərbaycan xəbərləri
covid-19
azərbaycanda covid-19 əleyhinə vaksinasiya
prezident ilham əliyev
xarici işlər nazirliyi
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456522382_0:156:3000:1844_1920x0_80_0_0_a77f6ded1b19f5105e6618e3373370c0.jpg
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə iştirak və çıxış edib. Zirvə Görüşündə QH-nın sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın 4 il bundan öncə Hərəkata sədrliyi təhvil aldıqdan sonra beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə effektivliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb. Daha sonra, Hərəkatın 19-cu Zirvə Görüşünün gündəliyi qəbul olunub. Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə nazir Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib. 2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə əlavə bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın sədrlik dövründə tarixi Bandunq prinsipləri əsasında öz fəaliyyətini qurduğunu bildirib. Bu istiqamətdə, Azərbaycanın QH-nın fəaliyyətinin əlaqələndirilməsinin çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, görülən işlər nəticəsində yüzlərlə bəyanat, kommunike və bəyannamələrin razılaşdırıldığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb. Hərəkata sədrliyimizin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, irəli sürülən təşəbbüslərin, xüsusilə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub. Sədrliyimiz dövründə Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılmasının, Qadınlar Platformasının əsasının qoyulması ilə bağlı atılan addımların QH-nın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.Bununla yanaşı, Hərəkatın üzvlərinin sayının artırılması, QH-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Hərəkata üzv dövlətlərin beynəlxalq təşkilatların seçkili orqanlarında namizədliklərinin dəstəklənməsi, QH üzvlərinin inkişafına istiqamətlənən təşəbbüslərin həyata keçirilməsinin də sədrliyimizin uğurları sıralarında olduğu vurğulanıb. Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb. Tədbirdə iştirak edən QH üzv dövlətləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, xüsusilə də təsisatın institutlaşdırılması istiqamətində atdığı addımları və pandemiya dövründə COVİD-19 ilə mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirib. Zirvə Görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarını əks etdirən müddəalar əks olunub, Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Görüşünə (COP29) ev sahibliyi etməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb. Daha sonra isə QH-nın sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, Zirvə Görüşü Uqanda Respublikasının Prezident Yoveri Museveninin sədrliyi ilə davam edib.25.10.23, 23:23Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 4 ili tamam olur25 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyinin 4 ili tamam olur. Ötən 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, təsadüfi deyildir ki, Azərbaycanın sədrliyi dövründə əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilmiş və Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə artırılıb. Sədrlik dövründə Azərbaycan Respublikası Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən "Bandunq Prinsipləri"nin təşviqinə köklənmiş siyasət sərgiləyib. Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib. Burada xüsusilə inkişaf etmiş ölkələrin "peyvənd millətçiliyi siyasəti" və inkişaf etməkdə olan ölkələrə qarşı ədalətsiz və biganə yanaşmasına son qoyulması üçün BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında ölkəmiz tərəfindən mühüm qətnamələrin irəli sürülərək qəbul etdirilməsini qeyd etmək olar. Sədrliyin geridə qalan 4 ili ərzində Azərbaycan, həmçinin Hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, ölkə başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb. Hazırda Hərəkatın Qadın və Media Platformalarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür. Sədrliyimiz dövründə həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin beyin mərkəzlərinin ilk iclası keçirilib, onların şəbəkələşməsi istiqamətində ilk addım atılıb. Azərbaycan sədrliyi Hərəkat daxilində sahəvi əməkdaşlığa da öz dəyərli töhfəsini verib. Ötən 4 il ərzində Hərəkata üzv dövlətlərin əmək, səhiyyə, təhsil və informasiya və kommunikasiya sahəsinə cavabdeh nazirlərinin görüşləri keçirilib. Əksəriyyətini inkişaf etməkdə olan dövlətlərin təşkil etdiyi QH çərçivəsində dayanıqlı iqtisadi inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi üçün cari ilin sentyabr ayında, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində, 9 ildən sonra ilk dəfə Azərbaycan və Kubanın həm-sədrliyi ilə Qoşulmama Hərəkatı və Qrup-77-nin Birgə Əlaqələndirmə Komitəsinin iclası keçirilib. Beynəlxalq münasibətlər sistemində ədalətin bərqərar olmasının ən güclü təşviqatçılarından biri olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə də öz üzv dövlətlərinə, o cümlədən Azərbaycana qarşı yönəlmiş ədalətsizliklərə biganə qalmayıb, xüsusilə Vətən Müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təcavüzü pisləyərək bu istiqamətdə BMT çərçivəsində irəli sürülən təxribatçı addımların qarşısını alıb. 15-20 yanvar 2024-cü il tarixlərində Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək və ölkəmiz növbəti 3 il müddətində Hərəkatın "sədrlik Troykası"nda yer alacaq. Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/05/456522382_167:0:2834:2000_1920x0_80_0_0_49f6616af050e0626fd7224b04cd59fd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoşulmama hərəkatının nazirlər konfransı, covid-19, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, prezident ilham əliyev, xarici işlər nazirliyi, ceyhun bayramov
qoşulmama hərəkatının nazirlər konfransı, covid-19, azərbaycanda covid-19 əleyhinə vaksinasiya, prezident ilham əliyev, xarici işlər nazirliyi, ceyhun bayramov
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi hansı ölkəyə təhvil verib?
Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub.
BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə iştirak və çıxış edib.
Zirvə Görüşündə QH-nın sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın 4 il bundan öncə Hərəkata sədrliyi təhvil aldıqdan sonra beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə effektivliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb.
Daha sonra, Hərəkatın 19-cu Zirvə Görüşünün gündəliyi qəbul olunub. Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə nazir Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.
2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə əlavə bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın sədrlik dövründə tarixi Bandunq prinsipləri əsasında öz fəaliyyətini qurduğunu bildirib. Bu istiqamətdə, Azərbaycanın QH-nın fəaliyyətinin əlaqələndirilməsinin çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, görülən işlər nəticəsində yüzlərlə bəyanat, kommunike və bəyannamələrin razılaşdırıldığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.
Hərəkata sədrliyimizin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, irəli sürülən təşəbbüslərin, xüsusilə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub. Sədrliyimiz dövründə Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılmasının, Qadınlar Platformasının əsasının qoyulması ilə bağlı atılan addımların QH-nın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Bununla yanaşı, Hərəkatın üzvlərinin sayının artırılması, QH-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Hərəkata üzv dövlətlərin beynəlxalq təşkilatların seçkili orqanlarında namizədliklərinin dəstəklənməsi, QH üzvlərinin inkişafına istiqamətlənən təşəbbüslərin həyata keçirilməsinin də sədrliyimizin uğurları sıralarında olduğu vurğulanıb. Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən QH üzv dövlətləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, xüsusilə də təsisatın institutlaşdırılması istiqamətində atdığı addımları və pandemiya dövründə COVİD-19 ilə mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirib.
Zirvə Görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarını əks etdirən müddəalar əks olunub, Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Görüşünə (COP29) ev sahibliyi etməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb.
Daha sonra isə QH-nın sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, Zirvə Görüşü Uqanda Respublikasının Prezident Yoveri Museveninin sədrliyi ilə davam edib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 4 ili tamam olur
25 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyinin 4 ili tamam olur.
Ötən 4 il ərzində ölkəmizin BMT-dən sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu və əksər üzv dövlətlər tərəfindən nümunəvi sədrlik olaraq təqdir edilməkdədir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təsadüfi deyildir ki, Azərbaycanın sədrliyi dövründə əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilmiş və Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə artırılıb.
Sədrlik dövründə Azərbaycan Respublikası Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən "Bandunq Prinsipləri"nin təşviqinə köklənmiş siyasət sərgiləyib.
Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib.
Burada xüsusilə inkişaf etmiş ölkələrin "peyvənd millətçiliyi siyasəti" və inkişaf etməkdə olan ölkələrə qarşı ədalətsiz və biganə yanaşmasına son qoyulması üçün BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında ölkəmiz tərəfindən mühüm qətnamələrin irəli sürülərək qəbul etdirilməsini qeyd etmək olar.
Sədrliyin geridə qalan 4 ili ərzində Azərbaycan, həmçinin Hərəkatın təsisatlandırılması istiqamətində mühüm addımlar ataraq, ölkə başçısının təşəbbüslərinə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaradıb.
Hazırda Hərəkatın Qadın və Media Platformalarının yaradılması istiqamətində müvafiq tədbirlər görülür.
Sədrliyimiz dövründə həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin beyin mərkəzlərinin ilk iclası keçirilib, onların şəbəkələşməsi istiqamətində ilk addım atılıb.
Azərbaycan sədrliyi Hərəkat daxilində sahəvi əməkdaşlığa da öz dəyərli töhfəsini verib.
Ötən 4 il ərzində Hərəkata üzv dövlətlərin əmək, səhiyyə, təhsil və informasiya və kommunikasiya sahəsinə cavabdeh nazirlərinin görüşləri keçirilib.
Əksəriyyətini inkişaf etməkdə olan dövlətlərin təşkil etdiyi QH çərçivəsində dayanıqlı iqtisadi inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi üçün cari ilin sentyabr ayında, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində, 9 ildən sonra ilk dəfə Azərbaycan və Kubanın həm-sədrliyi ilə Qoşulmama Hərəkatı və Qrup-77-nin Birgə Əlaqələndirmə Komitəsinin iclası keçirilib.
Beynəlxalq münasibətlər sistemində ədalətin bərqərar olmasının ən güclü təşviqatçılarından biri olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə də öz üzv dövlətlərinə, o cümlədən Azərbaycana qarşı yönəlmiş ədalətsizliklərə biganə qalmayıb, xüsusilə Vətən Müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təcavüzü pisləyərək bu istiqamətdə BMT çərçivəsində irəli sürülən təxribatçı addımların qarşısını alıb.
15-20 yanvar 2024-cü il tarixlərində Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək və ölkəmiz növbəti 3 il müddətində Hərəkatın "sədrlik Troykası"nda yer alacaq. Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək.