CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və digər ölkələrin "İnterpol" xətti ilə axtardığı 42 nəfər Türkiyədə saxlanılıb

© AP Photo / Laurent Cirpianiİnterpolun loqosu
İnterpolun loqosu - Sputnik Azərbaycan, 1920, 19.01.2024
Abunə olmaq
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Türkiyənin 13 əyalətində “Kafes-31” əməliyyatı çərçivəsində 12 ölkə tərəfindən İnterpolun qırmızı bülleteni ilə axtarışda olan şübhəlilər saxlanılıblar.
BAKI, 19 yanvar - Sputnik. Türkiyənin 13 əyalətində “Kafes-31” əməliyyatı çərçivəsində 12 ölkə tərəfindən İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 42 şübhəli saxlanılıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, bu şəxslər Almaniya, Azərbaycan, Bosniya və Herseqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan və Özbəkistan tərəfindən axtarışa verilib.
Əməliyyat zamanı tutulan şəxslər Mütəşəkkil Cinayətkarlıq Təşkilatına üzvlük, qeyri-qanuni silah ticarəti, narkotik ticarəti, qəsdən adam öldürmə, immiqrant qaçaqmalçılığı, maliyyə fırıldağı, oğurluq və qarət, rəsmi sənədlərin saxtalaşdırılması və vergidən yayınma kimi cinayətləri törətməkdə şübhəli sayılırlar (APA).
Xəbər lenti
0