https://sputnik.az/20240119/20-yanvar-gunu-ile-bagli-paytaxtda-bezi-yollar-baglanacaq-462065631.html
20 Yanvar günü paytaxtda bəzi yollar bağlanacaq, avtobusların istiqaməti dəyişəcək
20 Yanvar günü paytaxtda bəzi yollar bağlanacaq, avtobusların istiqaməti dəyişəcək
Sputnik Azərbaycan
Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə... 19.01.2024, Sputnik Azərbaycan
2024-01-19T15:34+0400
2024-01-19T15:34+0400
2024-01-19T15:50+0400
cəmiyyət
parlament
dövlət yol polisi idarəsi
şəhid
şəhidlər xiyabanı
20 yanvar
20 yanvar – ümumxalq hüzn günü
https://cdnn1.img.sputnik.az/img/40342/31/403423158_0:94:1799:1106_1920x0_80_0_0_cb48e76a88e3d4b8fb42108e904dcee9.jpg
BAKI, 19 yanvar — Sputnik. Bakıda bir neçə xətt üzrə avtobusların hərəkət istiqaməti dəyişəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Xəbərdə bildirilir ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.***20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40342/31/403423158_100:0:1700:1200_1920x0_80_0_0_7ecc9b69e8416fa331cb09cb617bd830.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
parlament, dövlət yol polisi idarəsi, şəhid, şəhidlər xiyabanı, 20 yanvar, 20 yanvar – ümumxalq hüzn günü
parlament, dövlət yol polisi idarəsi, şəhid, şəhidlər xiyabanı, 20 yanvar, 20 yanvar – ümumxalq hüzn günü
20 Yanvar günü paytaxtda bəzi yollar bağlanacaq, avtobusların istiqaməti dəyişəcək
15:34 19.01.2024 (Yenilənib: 15:50 19.01.2024) Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
BAKI, 19 yanvar — Sputnik. Bakıda bir neçə xətt üzrə avtobusların hərəkət istiqaməti dəyişəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Xəbərdə bildirilir ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.