https://sputnik.az/20240118/yeni-vaksinler-peyvend-teqvimine-salinmalidir---deputatlardan-cagiris-462044129.html
Yeni vaksinlər peyvənd təqviminə salınmalıdır - Deputatlardan çağırış
Yeni vaksinlər peyvənd təqviminə salınmalıdır - Deputatlardan çağırış
Sputnik Azərbaycan
Əhliman Əmiraslanov bildirib ki, peyvəndlənmə ilə bağlı müzakirələrə diqqət artırılmalıdır. 18.01.2024, Sputnik Azərbaycan
2024-01-18T14:44+0400
2024-01-18T14:44+0400
2024-01-18T15:06+0400
peyvənd
səhiyyə
təqvim
deputat
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/07/433981314_0:0:3072:1728_1920x0_80_0_0_caa26a06f591a7cc62e347638942987b.jpg
BAKI, 18 yanvar — Sputnik. Xüsusilə pandemiya dövründə peyvəndə qarşı aparılan kampaniya uşaqlarımız arasında vaksinasiyaya çox mənfi təsir göstərib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib. Deputat bildirib ki, illərlə peyvənd statistikasına görə öndə olan ölkə idik:"Düşünürəm ki, peyvənd təqviminə yenidən baxılmalı və yeni xəstəliklərə qarşı yeni peyvəndlər peyvənd təqviminə salınmalıdır". Deputat həmçinin narkomaniya ilə bağlı dinləmə keçirilməsini təklif edib:Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov da bildirib ki, peyvəndlənmə ilə bağlı müzakirələrə diqqət artırılmalıdır. Komitə sədri bildirib ki, ölkəmizdə vaksinasiyaya münasibətdə ciddi dəyişiklik olmalıdır: "İnsanlar arasında mənfi fikirlər yayılır, hətta həkimlər arasında belə fikirdə olan insanlar var. Komitədə keçirilməsi nəzərdə tutulan dinləmədə əsas müzakirə mövzusu peyvəndlənmə olmalıdır. İnsanları inandırmalıyıq ki, övladlarının yoluxucu xəstəlikdən dünyasını dəyişməsini istəmirlərsə, bunun yolu peyvəndlənmədir. Uşaqlarımız vaksindən kənarda qalır. Bu günlərdə qızılcaya yoluxan insanların tam əksəriyyəti yox, 100% hamısı peyvənd olunmayan insanlardır".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/07/433981314_218:0:2949:2048_1920x0_80_0_0_c5ea9a4d7cbf5861547f5b12ace1e951.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peyvənd, təqvim, deputat
Yeni vaksinlər peyvənd təqviminə salınmalıdır - Deputatlardan çağırış
14:44 18.01.2024 (Yenilənib: 15:06 18.01.2024) Əhliman Əmiraslanov bildirib ki, peyvəndlənmə ilə bağlı müzakirələrə diqqət artırılmalıdır.
BAKI, 18 yanvar — Sputnik. Xüsusilə pandemiya dövründə peyvəndə qarşı aparılan kampaniya uşaqlarımız arasında vaksinasiyaya çox mənfi təsir göstərib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.
Deputat bildirib ki, illərlə peyvənd statistikasına görə öndə olan ölkə idik:
"Düşünürəm ki, peyvənd təqviminə yenidən baxılmalı və yeni xəstəliklərə qarşı yeni peyvəndlər peyvənd təqviminə salınmalıdır".
Deputat həmçinin narkomaniya ilə bağlı dinləmə keçirilməsini təklif edib:
"Narkomaniya asılılığından müalicə olunmuş insanların reabilitasiyası ilə bağlı dinləmə keçirə bilərik. Ölkədə bu problem hər birimizi narahat edir. Gələcəkdə yaxşı olardı ki, bu istiqamətdə görülən işlərə nəzər yetirək. Bu sahədəki müvafiq təşkilatların tələblərə cavab verib-verməməsi barədə müzakirə aparaq".
Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov da bildirib ki, peyvəndlənmə ilə bağlı müzakirələrə diqqət artırılmalıdır.
Komitə sədri bildirib ki, ölkəmizdə vaksinasiyaya münasibətdə ciddi dəyişiklik olmalıdır:
"İnsanlar arasında mənfi fikirlər yayılır, hətta həkimlər arasında belə fikirdə olan insanlar var. Komitədə keçirilməsi nəzərdə tutulan dinləmədə əsas müzakirə mövzusu peyvəndlənmə olmalıdır. İnsanları inandırmalıyıq ki, övladlarının yoluxucu xəstəlikdən dünyasını dəyişməsini istəmirlərsə, bunun yolu peyvəndlənmədir. Uşaqlarımız vaksindən kənarda qalır. Bu günlərdə qızılcaya yoluxan insanların tam əksəriyyəti yox, 100% hamısı peyvənd olunmayan insanlardır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.