https://sputnik.az/20240118/universitetler-bakinin-etrafina-niye-kocurulur-462027636.html
Universitetlər Bakının ətrafına niyə köçürülür?
Universitetlər Bakının ətrafına niyə köçürülür?
Sputnik Azərbaycan
Nazirlikdən o da bildirilib ki, təhsil xidmətlərinin əlçatanlığı nəticə etibarı ilə ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. 18.01.2024, Sputnik Azərbaycan
2024-01-18T08:53+0400
2024-01-18T08:53+0400
2024-01-18T08:53+0400
universitet
təhsil
ali məktəb
elçin əfəndi
xocahəsən qəsəbəsi
baş plan
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/02/425360931_0:266:3084:2000_1920x0_80_0_0_c63356acfae602d0443f7c4cab6cc2be.jpg
BAKI, 18 yanvar — Sputnik. Bakının 2040-cı ilədək tətbiqi nəzərdə tutulan Baş Planında yer alan maraqlı məqamlardan biri də Bakı ətrafında universitet şəhərciklərinin və bilik mərkəzlərinin yaradılmasıdır. Bəs görəsən, Bakı ətrafında universitet şəhərciklərinin və bilik mərkəzlərini yaradılması tələbələrin təhsil həyatında nəyi dəyişəcək? Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, bu təhsil xidmətlərinə şəhərin bütün ərazilərində əlçatanlığının təmin edilməsini təmin edəcək. "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Baş plan özündə şəhərin bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur. Əsas məqsəd bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanları və xidmət standartlarını təqdim etməkdir. Baş planda təhsil xidmətləri də şəhər xidmətlərinin bir növü kimi təsnifləşdirilib. Təhsil xidmətlərinə şəhərin bütün ərazilərində əlçatanlığının təmin edilməsi məqsədi ilə bu xidmətləri göstərən təhsil müəssisələrinin mərhələlərlə baş plana uyğun olaraq bu məqsədlər üçün müəyyən edilmiş ərazilərdə yerləşdirilməsi həyata keçiriləcək" - sorğuya cavabda bildirilib. Nazirlikdən o da bildirilib ki, təhsil xidmətlərinin əlçatanlığı nəticə etibarı ilə ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Təhsil eksperti Elçin Əfəndi Sputnik Azərbaycan-a deyib ki, bu, tələbələrin sosial inkişafına, vaxtlarını səmərəli keçirməsinə imkan verəcək: "Baş Planda tələbə şəhərciyinin paytaxt ətrafında yerləşməsi çox doğru yanaşmadır. Bununla tələbələrin paytaxtın mərkəzinə axını azalacaq. Onlar tıxaclarda itirdikləri vaxtı təhsil almağa, bilik əldə etməyə sərf edəcəklər. Bilik mərkəzlərinin yaradılması tələbələrə praktik bilik əldə etməyə imkan yaradacaq. Bu, ümumilikdə ali və peşə təhsilinin keyfiyyətinin artırılmasına yönəlik tədbirdir. Ona görə də, bu cür yeniliklər alqışlanandır". Qeyd edək kİ, Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Baş Planla Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək. Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək. Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İNYŞ sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və İNYŞ sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək. Baş Planla Xocasən bilik mərkəzinin yaradılması da nəzərdə tutulur. Moskva Universitetinin yataqxanasının və universitet şəhərciyinin 2040-cı ilə qədər "Bilik Mərkəzi"nin yaradılması təklif olunur. Bu mərkəz universitet təhsili ilə peşə və digər təhsil pillələri arasında əlaqəni təmin edəcək. Bilik mərkəzinin Xırdalan ilə Lökbatanın arasında yerləşməsi mərkəzə əlavə faydalar qazandıracaq. Yeni Xocasən gölü parkının yaxınlığında yerləşən bu mərkəz müasir təhsil mərkəzi olacaq. Bu ərazi Xocasənin gündəlik tələbat xidmətlərini, rekreasiya və əyləncə məkanlarını özündə birləşdirən yeni mərkəzi, yeni görüş və yerli təchizat mərkəzi olacaq. Bilik mərkəzi Xocasənin yeni yaşayış məhəllələrinə piyada gediş məsafəsində və Lökbatanda yerləşən logistika və topdan satış bazalarına velosipedlə gediş məsafəsində yerləşəcək. Mərdəkanda da bilik mərkəzinin yaradılması planı var. Baş Planda müəyyən hədəf sinfinə yönəldilmiş üç bilik mərkəzinin yaradılması təklif edilir: Qala qəsəbəsində dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi, Mərdəkan üçün geniş İNYŞ mərkəzi, Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi, logistika və ümumi aviasiya xidmətləri sahəsində peşə təhsili təmin edən mərkəzin yerləşdiyi yeni hava limanı şəhərciyi nəzərdə tutulur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/02/425360931_0:0:2732:2048_1920x0_80_0_0_78458760404f2f76f1fb9e00a5e088cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
universitet, ali məktəb, elçin əfəndi, xocahəsən qəsəbəsi, baş plan
universitet, ali məktəb, elçin əfəndi, xocahəsən qəsəbəsi, baş plan
Universitetlər Bakının ətrafına niyə köçürülür?
Nazirlikdən o da bildirilib ki, təhsil xidmətlərinin əlçatanlığı nəticə etibarı ilə ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
BAKI, 18 yanvar — Sputnik. Bakının 2040-cı ilədək tətbiqi nəzərdə tutulan Baş Planında yer alan maraqlı məqamlardan biri də Bakı ətrafında universitet şəhərciklərinin və bilik mərkəzlərinin yaradılmasıdır. Bəs görəsən, Bakı ətrafında universitet şəhərciklərinin və bilik mərkəzlərini yaradılması tələbələrin təhsil həyatında nəyi dəyişəcək?
Elm və Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, bu təhsil xidmətlərinə şəhərin bütün ərazilərində əlçatanlığının təmin edilməsini təmin edəcək.
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiq edilib. Baş plan özündə şəhərin bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur. Əsas məqsəd bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanları və xidmət standartlarını təqdim etməkdir. Baş planda təhsil xidmətləri də şəhər xidmətlərinin bir növü kimi təsnifləşdirilib. Təhsil xidmətlərinə şəhərin bütün ərazilərində əlçatanlığının təmin edilməsi məqsədi ilə bu xidmətləri göstərən təhsil müəssisələrinin mərhələlərlə baş plana uyğun olaraq bu məqsədlər üçün müəyyən edilmiş ərazilərdə yerləşdirilməsi həyata keçiriləcək" - sorğuya cavabda bildirilib.
Nazirlikdən o da bildirilib ki, təhsil xidmətlərinin əlçatanlığı nəticə etibarı ilə ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Təhsil eksperti Elçin Əfəndi Sputnik Azərbaycan-a deyib ki, bu, tələbələrin sosial inkişafına, vaxtlarını səmərəli keçirməsinə imkan verəcək:
"Baş Planda tələbə şəhərciyinin paytaxt ətrafında yerləşməsi çox doğru yanaşmadır. Bununla tələbələrin paytaxtın mərkəzinə axını azalacaq. Onlar tıxaclarda itirdikləri vaxtı təhsil almağa, bilik əldə etməyə sərf edəcəklər. Bilik mərkəzlərinin yaradılması tələbələrə praktik bilik əldə etməyə imkan yaradacaq. Bu, ümumilikdə ali və peşə təhsilinin keyfiyyətinin artırılmasına yönəlik tədbirdir. Ona görə də, bu cür yeniliklər alqışlanandır".
Qeyd edək kİ, Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Baş Planla Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı təmin edəcək.
Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək. Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İNYŞ sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və İNYŞ sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək.
Baş Planla Xocasən bilik mərkəzinin yaradılması da nəzərdə tutulur. Moskva Universitetinin yataqxanasının və universitet şəhərciyinin 2040-cı ilə qədər "Bilik Mərkəzi"nin yaradılması təklif olunur. Bu mərkəz universitet təhsili ilə peşə və digər təhsil pillələri arasında əlaqəni təmin edəcək. Bilik mərkəzinin Xırdalan ilə Lökbatanın arasında yerləşməsi mərkəzə əlavə faydalar qazandıracaq. Yeni Xocasən gölü parkının yaxınlığında yerləşən bu mərkəz müasir təhsil mərkəzi olacaq. Bu ərazi Xocasənin gündəlik tələbat xidmətlərini, rekreasiya və əyləncə məkanlarını özündə birləşdirən yeni mərkəzi, yeni görüş və yerli təchizat mərkəzi olacaq. Bilik mərkəzi Xocasənin yeni yaşayış məhəllələrinə piyada gediş məsafəsində və Lökbatanda yerləşən logistika və topdan satış bazalarına velosipedlə gediş məsafəsində yerləşəcək.
Mərdəkanda da bilik mərkəzinin yaradılması planı var. Baş Planda müəyyən hədəf sinfinə yönəldilmiş üç bilik mərkəzinin yaradılması təklif edilir: Qala qəsəbəsində dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi, Mərdəkan üçün geniş İNYŞ mərkəzi, Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi, logistika və ümumi aviasiya xidmətləri sahəsində peşə təhsili təmin edən mərkəzin yerləşdiyi yeni hava limanı şəhərciyi nəzərdə tutulur.