CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 18 yanvar

© Sputnik / Elnur Salayev18 yanvar
18 yanvar - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 18 yanvar — Sputnik. Yanvarın 18-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 18-də kimlər anadan olub?
Məşədi Əzizbəyov (1876-1918) - Azərbaycanda inqilabi hərəkatın görkəmli xadimi, ilk marksist-azərbaycanlılardan biridir. O, Bakı Şəhər Dumasının qlasnısı, quberniya komissarı və Bakı Xalq Komissarları Sovetinin Daxili İşlər Komissarının müavini olub (1918).
Mehdi Mehdizadə (1903-1984) - Azərbaycanın alimi, pedaqoqu, maarifçisi və Azərbaycan SSR əməkdar elm xadimidir. O, Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr verib, səmərəli fəaliyyətinə və böyük xidmətlərinə görə yüksək mükafatlara layiq görülüb.
Kamal Abdullayev (1927-1997) - Azərbaycan SSR xalq artisti, dirijor və musiqi müəllimidir.
Eldar Quliyev (1941-2021) — azərbaycanlı kinorejissor, ssenarist və aktyor, Azərbaycan SSR xalq artistidir. O, "Bu cənub şəhərində", "Abşeron ritmləri", "Sevinc buxtası", "Babək" və s filmlərin rejissorudur.
© Photo : APARejissor Eldar Quliyev
Rejissor Eldar Quliyev - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Rejissor Eldar Quliyev
Şarl Lui Monteskye (1689-1755) - fransız yazıçısı, filosofu, liberalizm ideologiyasının təşəbbüskarlarından biridir. O, hakimiyyətin bölünməsi haqqında doktrinanı işləyib hazırlayıb.
Keri Qrant (1904-1986) - ingilis və amerikalı teatr və kino aktyorudur. O, Hollivud tarixinin ən böyük aktyorlarından biridir. Keri "Mən mələk deyiləm", "Dəhşətli həqiqət", "Körpənin tərbiyəsi", "Oğru tutmaq" və s. filmlərdə rol alıb.
Boris Nevzorov (1950-2022) - Rusiya aktyoru və kinorejissoru, RF xalq artistidir.
© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidBoris Nevzorov
Борис Невзоров  - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Boris Nevzorov
Tamara Qverdtsiteli (1962) - rusiyalı və gürcü estrada müğənnisi, pianoçu, bəstəkar, aktrisa, Gürcüstan SSR və Rusiyanın xalq artistidir.
Yanvarın 18-də dünyada baş verən tarixi hadisələr
1778-ci ildə ingilis dənizçisi Ceyms Kuk Havay adalarını kəşf edib və onları Sandviç adaları adlandırıb.
1871-ci ildə Paris yaxınlığındakı Versal sarayında fransızların məğlub olduğu Fransa-Prussiya müharibəsinin sonunda Almaniya İmperiyasının yaradılması elan edilib.
1963-cü ildə Rusiyada Mərkəzi Televiziyanın uşaqlar üçün proqramlarının Baş redaksiya şurası yaradılıb.
2022-ci ildə Bakıda mesenat Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0