CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava yağmursuz keçəcək

© AFP 2023 / EMMANUEL DUNANDBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir.
BAKI, 18 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0