https://sputnik.az/20240118/parlament-hokumeti-fransaya-qarsi-sanksiyalar-tetbiq-etmeye-cagirib-462037391.html
Parlament hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Parlament hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sputnik Azərbaycan
Eyni zamanda Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması təklif olunub. 18.01.2024, Sputnik Azərbaycan
2024-01-18T11:01+0400
2024-01-18T11:01+0400
2024-01-18T11:13+0400
fransa
siyasət
sanksiya
azərbaycan
milli məclis
ərazi bütövlüyü
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461641092_0:227:3138:1992_1920x0_80_0_0_a1ed342380c670d679ab9a26ad06ffdf.jpg
BAKI, 18 yanvar — Sputnik. Fransaya qarşı sanksiyaların tətbiq edilməsi təklif edilib. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə Fransaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış edib. Eyni zamanda Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması təklif olunub. Həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə TOTAL da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması ilə bağlı çağırış edib. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi istənilib. Xatırladaq ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Bu, Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədardır: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1c/461641092_207:0:2938:2048_1920x0_80_0_0_e93fb7d28a5c714371425f995fcaea39.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fransa, sanksiya, azərbaycan, milli məclis, ərazi bütövlüyü
fransa, sanksiya, azərbaycan, milli məclis, ərazi bütövlüyü
Parlament hökuməti Fransaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb
11:01 18.01.2024 (Yenilənib: 11:13 18.01.2024) Eyni zamanda Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması təklif olunub.
BAKI, 18 yanvar — Sputnik. Fransaya qarşı sanksiyaların tətbiq edilməsi təklif edilib. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə Fransaya qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış edib.
Eyni zamanda Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması təklif olunub.
Həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə TOTAL da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması ilə bağlı çağırış edib.
Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi istənilib.
Xatırladaq ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Bu, Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədardır:
"Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyan edir ki, son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir və beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.