NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC-in proqnozu nefti bahalaşdırdı

© AP Photo / Jae C. HongNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
Fatih Birol bildirib ki, bu il neft bazarlarının Yaxın Şərqdəki gərginliklərə baxmayaraq, artan təklif və yavaşlayan tələb artımı fonunda "rahat və balanslı vəziyyətdə" olacağını gözləyir.
BAKI, 18 yanvar — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) növbəti iki il ərzində qlobal neft tələbində nisbətən güclü artım proqnozlaşdırması qiymətləri dəstəkləyib.
"Brent" markalı neft 21 sent və ya 0,3% artaraq 78,09 dollar, ABŞ-nin Qərbi Texas nefti 40 sent və ya 0,6% artaraq 72,96 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 42 sent yaxud 0,5% azalaraq 83,01 dollar təşkil edib.
Neft İxrac Edən Ölkələr Təşkilatı 2024-cü ildə qlobal neft tələbatının gündəlik 2,2 milyon barel artaraq 104,36 milyon barel təşkil edəcəyini, gələn il isə bir qədər, yəni gündəlik 1,8 milyon barel artacağını və 106,21 milyon barel təşkil edəcəyini proqnozlaşdırır.
Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bildirib ki, bu il neft bazarlarının Yaxın Şərqdəki gərginliklərə baxmayaraq, artan təklif və yavaşlayan tələb artımı fonunda "rahat və balanslı vəziyyətdə" olacağını gözləyir.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Deputat Vüqar Bayramov bildirib ki, "Brent" markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100,93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82,56 dollar olub.
Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0