SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov Kiyev və London arasındakı müqaviləyə münasibət bildirdi

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 18.01.2024
Abunə olmaq
Rusiya XİN rəhbəri xatırladıb ki, təxminən bir neçə ay əvvəl Qərbdə Ukraynanın Avropa İttifaqına, yoxsa NATO-ya qəbul edilməsi ilə bağlı müzakirələr gedirdi.
BAKI, 18 yanvar — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev və Londonun razılaşdırdığı sənəddə hüquqi cəhətdən məcburi müddəa görmədiyini bildirib.

"Mən Vladimir Zelenski ilə Böyük Britaniyanın baş naziri Rişi Sunak arasında razılaşdırılmış sənəddə nələrin yer aldığını eşitmişəm. Bu sənədin təhlilində Ukraynanın öhdəliyi nəzərə alınmasa, heç bir məcburi müddəa görmədim", Lavrov 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

O xatırladıb ki, təxminən bir neçə ay əvvəl Qərbdə Ukraynanın Avropa İttifaqına, yoxsa NATO-ya qəbul edilməsi ilə bağlı müzakirələr gedirdi:
"Heç də hamı bunun lehinə deyildi. Nəticədə Kiyevin Qərb dövlətləri ilə ayrıca müqavilələr bağlayacağı qərara alınıb. Bilirsiniz ki, yarımfabrikat, ayrı-ayrı Qərb ölkələri ilə ikitərəfli müqavilələrin bağlanması icad edilib".
Bundan əvvəl, Böyük Britaniyanın baş naziri Sunak Kiyevə səfər edib. Orada o, 2024-cü il üçün 2,5 milyard funt sterlinq (3,2 milyard dollar) dəyərində indiyədək ən böyük yardım paketini açıqlayıb və Zelenski ilə təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Yeni müqavilə 10 il üçün nəzərdə tutulub. Britaniya bu müddət ərzində Ukraynaya dəstək verməyə söz verib.
Rusiya daha əvvəl Ukraynaya silah tədarükü ilə bağlı NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Kreml bəyan edib ki, Ukraynaya Qərbdən silahlar göndərmək Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək. Lavrov həmçinin bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadr hazırlığı ilə birbaşa iştirak edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0