https://sputnik.az/20240118/azerbaycan-avtomobil-idxalina-cekdiyi-xerci-keskin-artirib-462060445.html
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci kəskin artırıb
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci kəskin artırıb
Sputnik Azərbaycan
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 5,4 % artaraq 370 ədəd (40 milyon ABŞ dolları dəyərində) olub. 18.01.2024, Sputnik Azərbaycan
2024-01-18T20:38+0400
2024-01-18T20:38+0400
2024-01-18T20:38+0400
avtomobil
iqtisadiyyat
abş dolları
dövlət gömrük komitəsi
idxal
https://cdnn1.img.sputnik.az/img/42159/75/421597568_0:145:2409:1500_1920x0_80_0_0_50940b82fc84b70604157d62072e4a13.jpg
BAKI, 18 yanvar — Sputnik. 2023-cü ildə Azərbaycan 1 milyard 681 milyon ABŞ dolları dəyərində 95 971 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 58,9 % və 28,7 % çoxdur. Ötən il sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı əvvəlki ilə nisbətən 2,5 dəfə azalaraq 163 ədəd (9,779 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 28,3 % artaraq 88 151 ədəd (1 milyard 515,3 milyon ABŞ dolları dəyərində) təşkil edib. Bu avtomobillərin 14 098-i (386,295 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 3 102-si (125,3 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Bu isə birincinin 24,4 %, ikincinin isə 6,4 dəfə artması deməkdir. Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 42,1 % artaraq 7 287 ədəd (115,352 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 5,4 % artaraq 370 ədəd (40 milyon ABŞ dolları dəyərində) olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42159/75/421597568_221:0:2221:1500_1920x0_80_0_0_16414071557c983ffde0dc5ba3b29e17.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtomobil, abş dolları, dövlət gömrük komitəsi, idxal
avtomobil, abş dolları, dövlət gömrük komitəsi, idxal
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci kəskin artırıb
Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 5,4 % artaraq 370 ədəd (40 milyon ABŞ dolları dəyərində) olub.
BAKI, 18 yanvar — Sputnik. 2023-cü ildə Azərbaycan 1 milyard 681 milyon ABŞ dolları dəyərində 95 971 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 58,9 % və 28,7 % çoxdur.
Ötən il sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı əvvəlki ilə nisbətən 2,5 dəfə azalaraq 163 ədəd (9,779 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 28,3 % artaraq 88 151 ədəd (1 milyard 515,3 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 14 098-i (386,295 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 3 102-si (125,3 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 24,4 %, ikincinin isə 6,4 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 42,1 % artaraq 7 287 ədəd (115,352 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 5,4 % artaraq 370 ədəd (40 milyon ABŞ dolları dəyərində) olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.