DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quterreş: Qəzza zolağında münaqişə başlayandan bəri BMT-nin 152 əməkdaşı öldürülüb

© AP Photo / Aijaz RahiQuterreş
Quterreş - Sputnik Azərbaycan, 1920, 17.01.2024
Abunə olmaq
Antonio Quterreş humanitar işçilərin böyük təzyiq altında olduqlarını, onların heç bir təhlükəsizlik zəmanəti almadıqlarını, lakin anklav daxilində yardım göstərmək üçün əllərindən gələni etdiklərini vurğulayıb.
BAKI, 17 yanvar — Sputnik. Ötən il oktyabrın 7-dən Qəzza zolağında BMT-nin 152 əməkdaşı öldürülüb.
Bu barədə beynəlxalq təşkilatın baş katibi Antonio Quterreş jurnalistlərlə söhbəti zamanı bildirib.
“Bunlar təşkilatımızın tarixində ən böyük itkilərdir”, - deyə baş katib qeyd edib.
Eyni zamanda o, humanitar işçilərin böyük təzyiq altında olduqlarını və heç bir təhlükəsizlik zəmanəti almadıqlarını, lakin anklav daxilində yardım göstərmək üçün əllərindən gələni etdiklərini vurğulayıb.
Bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu bildirmişdi ki, ölkə Qəzza zolağında anklavla Misir arasındakı sərhədə nəzarəti ələ keçirməyənə qədər bu ölkədə hərbi əməliyyatlara son qoymayacaq.
Xəbər lenti
0