https://sputnik.az/20240117/nato-nun-kiyeve-komek-etmek-ucun-kifayet-qeder-raketleri-yoxdur-462027808.html
NATO-nun Kiyevə kömək etmək üçün kifayət qədər raketləri yoxdur
NATO-nun Kiyevə kömək etmək üçün kifayət qədər raketləri yoxdur
Sputnik Azərbaycan
NATO ölkələri hazırda "yer-hava" tipli raketlərin kəskin çatışmazlığını yaşayır. 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T23:12+0400
2024-01-17T23:12+0400
2024-01-17T23:12+0400
nato
dünya xəbərləri
fransa
ukrayna
paris
emmanuel makron
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130097_0:160:3072:1888_1920x0_80_0_0_9787a412fd0e15045a77d08eb104f5f9.jpg
BAKI, 17 yanvar — Sputnik. NATO ölkələrinin Kiyevə yardım göstərmək üçün kifayət qədər zenit-raket sistemi yoxdur. Fransa Hərbi Hava Qüvvələrinin istefada olan generalı Patrik Dütartr bu barədə "LCI" telekanalında bildirib. Hərbçinin sözlərinə görə, Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonasında raket və pilotsuz təyyarələrdən fəal şəkildə istifadə edir, lakin ukraynalı yaraqlıların onlara qarşı çıxmaq üçün kifayət qədər raketləri yoxdur. "Rusiya tərəfdən raket və dronlardan istifadə etməklə çoxlu hücumlar olub, onların qarşısını hava hücumundan müdafiə vasitələri ilə almaq lazımdır. Ancaq problem sadəcə olaraq ondadır ki, Avropada və hətta NATO-da hava hücumundan müdafiəni əldən vermişik", - Dütartr bildirib. Onun sözlərinə görə, Avropa ölkələri uzun müddət nüvə qarşısının alınmasına arxalanaraq, sülh dövründə hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməyiblər. Bununla əlaqədar olaraq, NATO ölkələri hazırda "yer-hava" tipli raketlərin kəskin çatışmazlığını yaşayır. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris Ukrayna tərəfinə yeni silah tədarükü təşkil edə bilər. Onun sözlərinə görə, Fransa Kiyev rejiminə 40 ədəd SCALP raketi və "yüzlərlə bomba" göndərə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130097_171:0:2902:2048_1920x0_80_0_0_ed92483109c2efcb625160c8d141cda8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nato, fransa, ukrayna, paris, emmanuel makron
nato, fransa, ukrayna, paris, emmanuel makron
NATO-nun Kiyevə kömək etmək üçün kifayət qədər raketləri yoxdur
NATO ölkələri hazırda "yer-hava" tipli raketlərin kəskin çatışmazlığını yaşayır.
BAKI, 17 yanvar — Sputnik. NATO ölkələrinin Kiyevə yardım göstərmək üçün kifayət qədər zenit-raket sistemi yoxdur.
Fransa Hərbi Hava Qüvvələrinin istefada olan generalı Patrik Dütartr bu barədə "LCI" telekanalında bildirib.
Hərbçinin sözlərinə görə, Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonasında raket və pilotsuz təyyarələrdən fəal şəkildə istifadə edir, lakin ukraynalı yaraqlıların onlara qarşı çıxmaq üçün kifayət qədər raketləri yoxdur.
"Rusiya tərəfdən raket və dronlardan istifadə etməklə çoxlu hücumlar olub, onların qarşısını hava hücumundan müdafiə vasitələri ilə almaq lazımdır. Ancaq problem sadəcə olaraq ondadır ki, Avropada və hətta NATO-da hava hücumundan müdafiəni əldən vermişik", - Dütartr bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri uzun müddət nüvə qarşısının alınmasına arxalanaraq, sülh dövründə hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməyiblər. Bununla əlaqədar olaraq, NATO ölkələri hazırda "yer-hava" tipli raketlərin kəskin çatışmazlığını yaşayır.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris Ukrayna tərəfinə yeni silah tədarükü təşkil edə bilər. Onun sözlərinə görə, Fransa Kiyev rejiminə 40 ədəd SCALP raketi və "yüzlərlə bomba" göndərə bilər.