https://sputnik.az/20240117/jurnalist-sebuhi-memmedlinin-veziyyeti-aciqlandi-461906321.html
Azərbaycan XİN Səbuhi Məmmədlinin vəfatı ilə bağlı paylaşım edib
Azərbaycan XİN Səbuhi Məmmədlinin vəfatı ilə bağlı paylaşım edib
Sputnik Azərbaycan
Həkimlərin səyinə baxmayaraq süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb. 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T13:40+0400
2024-01-17T13:40+0400
2024-01-17T14:37+0400
səhiyyə
jurnalist
jurnalist
vəziyyət
təbib
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462013414_0:0:740:417_1920x0_80_0_0_15bef74a5aa84065da6c130e1d565d4d.jpg
BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib. Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.“Azərbaycan jurnalistikasının dəyərli simalarından olan Səbuhi Məmmədlinin vəfatı bizi dərindən kədərləndirdi. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” – paylaşımda qeyd olunub.***Azərbaycan mediasına ağır itki üz verib. Tanınmış jurnalist Səbuhi Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında dünyasını dəyişib. Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi. Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, Yeni Klinikaya köçürülüb. Yeni Klinikanın mətbuat xidmətinin yaydığı xəbərə görə, həkimlərin səyinə baxmayaraq süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.Səbuhi Məmmədli bu gün doğulduğu Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək.Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist "525-ci qəzet", "Azərbaycan", "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib. Səbuhi Məmmədli 10 ildən çoxdur "Lent.az" saytında çalışıb. Mərhum maraqlı reportajları ilə oxucuların yaddaşında iz buraxıb.12.01.24, 13:41Jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülübTanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.TƏBİB-dən APA-ya verilən xəbərə görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.***Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir. Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462013414_45:0:702:493_1920x0_80_0_0_eb1c8587c98ee497f2e494c4e95d1869.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
jurnalist, jurnalist, vəziyyət, təbib
jurnalist, jurnalist, vəziyyət, təbib
Azərbaycan XİN Səbuhi Məmmədlinin vəfatı ilə bağlı paylaşım edib
13:40 17.01.2024 (Yenilənib: 14:37 17.01.2024) Həkimlərin səyinə baxmayaraq süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
“Azərbaycan jurnalistikasının dəyərli simalarından olan Səbuhi Məmmədlinin vəfatı bizi dərindən kədərləndirdi. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” – paylaşımda qeyd olunub.
Azərbaycan mediasına ağır itki üz verib. Tanınmış jurnalist Səbuhi Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün, 54 yaşında dünyasını dəyişib. Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi. Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, Yeni Klinikaya köçürülüb. Yeni Klinikanın mətbuat xidmətinin yaydığı xəbərə görə, həkimlərin səyinə baxmayaraq süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
Səbuhi Məmmədli bu gün doğulduğu Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək.
Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist "525-ci qəzet", "Azərbaycan", "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib. Səbuhi Məmmədli 10 ildən çoxdur "Lent.az" saytında çalışıb. Mərhum maraqlı reportajları ilə oxucuların yaddaşında iz buraxıb.
Jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb
Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.
Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.