https://sputnik.az/20240117/hebsxanalardaki-secki-menteqelerinde-secici-siyahilarinin-deqiqlesdirilmesi-basa-catir-462015196.html
Həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır
Həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır
Sputnik Azərbaycan
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir. 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T13:15+0400
2024-01-17T13:15+0400
2024-01-17T13:51+0400
həbsxana
prezident seçkiləri
növbədənkənar prezident seçkiləri
qüdrət həsənquliyev
razi nurullayev
prezident ilham əliyev
fazil mustafa
zahid oruc
deputat zahid oruc
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929060_0:160:3072:1888_1920x0_80_0_0_c2526335a291fd01d482ef7dfae2c4ab.jpg
BAKI, 17 yanvar — Sputnik. Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi üçün ayrılan müddət başa çatır. Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 20 gün qalanadək hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, 7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/03/436929060_171:0:2902:2048_1920x0_80_0_0_befe125ce3e155e8b992604aa21306e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həbsxana, prezident seçkiləri, növbədənkənar prezident seçkiləri, qüdrət həsənquliyev, razi nurullayev, prezident ilham əliyev, fazil mustafa, zahid oruc, deputat zahid oruc
həbsxana, prezident seçkiləri, növbədənkənar prezident seçkiləri, qüdrət həsənquliyev, razi nurullayev, prezident ilham əliyev, fazil mustafa, zahid oruc, deputat zahid oruc
Həbsxanalardakı seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır
13:15 17.01.2024 (Yenilənib: 13:51 17.01.2024) Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.
BAKI, 17 yanvar — Sputnik. Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi üçün ayrılan müddət başa çatır.
Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə azı 20 gün qalanadək hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 18-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.
Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.