https://sputnik.az/20240117/hansi-universitetler-seherden-kenara-kocurulecek-resmi-aciqlama-461992835.html
Hansı universitetlər şəhərdən kənara köçürüləcək? Rəsmi açıqlama
Hansı universitetlər şəhərdən kənara köçürüləcək? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Komitə sədrinin dediyinə görə, növbəti illər ərzində bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə Tədbirlər Planı hazırlanacaq. 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T15:57+0400
2024-01-17T15:57+0400
2024-01-17T16:00+0400
rəsmi
cəmiyyət
universitet
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427964595_0:13:3029:1716_1920x0_80_0_0_3470fbe9b24484872954ba576ddd01dd.jpg
BAKI, 17 yanvar — Sputnik. Bir sıra universitetlərin Bakıdan kənara köçürülməsi istisna deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib. "Bu Elm və Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır. İstisna etmirəm ki, müəyyən universitetlər köçürülərək vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər. Bu, həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illər ərzində bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə Tədbirlər Planı hazırlanaraq icra edilə biləcək" - Komitə sədri əlavə edib. Anar Quliyev onu da bildirib ki, Bakının Baş planına uyğun olaraq Bakıda mənzil fondunun yenilənməsi planlaşdırılır: "Bilirik ki, Bakıda kifayət qədər qəzalı vəziyyətə düşmüş binalar var. Mənzil fondunun yenilənməsi prosesi bu gün də dövlətin müəyyən dəstəyi ilə və investorların cəlb edilməsi ilə davam edir və gələcəkdə də davam edəcək".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427964595_0:0:2731:2048_1920x0_80_0_0_f8dbb0fdf878f92beb26e551516c4242.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəsmi, universitet, elm və təhsil nazirliyi
rəsmi, universitet, elm və təhsil nazirliyi
Hansı universitetlər şəhərdən kənara köçürüləcək? Rəsmi açıqlama
15:57 17.01.2024 (Yenilənib: 16:00 17.01.2024) Komitə sədrinin dediyinə görə, növbəti illər ərzində bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə Tədbirlər Planı hazırlanacaq.
BAKI, 17 yanvar — Sputnik. Bir sıra universitetlərin Bakıdan kənara köçürülməsi istisna deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
"Bu Elm və Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır. İstisna etmirəm ki, müəyyən universitetlər köçürülərək vahid bir kampus yaradılaraq fəaliyyətini davam etdirə bilər. Bu, həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illər ərzində bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə Tədbirlər Planı hazırlanaraq icra edilə biləcək" - Komitə sədri əlavə edib.
Anar Quliyev onu da bildirib ki, Bakının Baş planına uyğun olaraq Bakıda mənzil fondunun yenilənməsi planlaşdırılır: "Bilirik ki, Bakıda kifayət qədər qəzalı vəziyyətə düşmüş binalar var. Mənzil fondunun yenilənməsi prosesi bu gün də dövlətin müəyyən dəstəyi ilə və investorların cəlb edilməsi ilə davam edir və gələcəkdə də davam edəcək".