https://sputnik.az/20240117/ermenistan-aglin-dikte-etdiyi-yola-gelir---politoloqlarin-serhi-462010912.html
Ermənistan ağlın diktə etdiyi yola gəlir? - politoloqların şərhi
Ermənistan ağlın diktə etdiyi yola gəlir? - politoloqların şərhi
Sputnik Azərbaycan
Sputnik Azərbaycan Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamaları ilə bağlı politoloqlar İlyas Hüseynov və Natiq Mirinin fikirlərini öyrənib. 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T08:17+0400
2024-01-17T08:17+0400
2024-01-17T10:52+0400
təhlil
alen simonyan
ermənistan
sülh
fransa
zəngəzur dəhlizi
vətən müharibəsi
"vətən müharibəsi"
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460935548_0:290:3126:2048_1920x0_80_0_0_5809292008e7ea316baed73cfbe22f8c.jpg
BAKI, 17 yanvar — Sputnik. Ermənistan parlamentinin spikeri Alen Simonyan maraqlı açıqlamalarla çıxış edib. Erməni diplomat ötən gün verdiyi açıqlamalarda dolayısıyla ifadə edib ki, bu gün Ermənistanın maraqlarının müdafiəçisi kimi çıxış edən ölkələrin əsas niyyəti öz geosiyasi maraqlarını təmin etməkdir. Simonyan Bakı və İrəvan arasındakı sülh danışıqlarına müdaxil olmaq istəyən ölkələrin əslində öz təsirlərini artırmaq üçün bu prosesdən istifadə etdiyini dilə gətirib. Erməni siyasətçinin dediklərinin tamamilə cəfəngiyyat olduğunu söyləmək doğru olmaz. Fəqət bu doğruların söylənmə zamanına diqqət yetirmək lazımdır. Sputnik Azərbaycan Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamaları ilə bağlı politoloqlar İlyas Hüseynov və Natiq Mirinin fikirlərini öyrənib. Politoloq İlyas Hüseynov qeyd edir ki, Alen Simonyan revanşist düşüncədə olan düşərədə təmsil olunur: "Lakin onun son fikirləri regional geopolitik spesifikanı əks etdirməklə yanaşı həm də İrəvanın rasional düşüncəyə sahib olmasını da bir qədər özündə əks etdirir. Şübhəsiz ki, Azərbaycan və Ermənistan çox çətin bir geosiyasi məkanda yerləşir. Rusiya, İran və Türkiyə ilə yanaşı bu regionda Avropa İttifaqı, ABŞ, zaman-zaman Çin də təmsil olunmağa can atır. Bütün bu qlobal güc mərkəzləri öz maraqları çərçivəsində Qafqazda siyasət həyata keçirməyə çalışırlar. Bu güclər maraqlarla yanaşı, həm də nüfuz bölgüsü axtarışındadırlar. Onlar regionu öz xammal ehtiyaclarını ödəmək və maksimum dividentlə bu region üzərində təsir rıçaqlarına malik olmaq planlarını araşdırırlar. Onların strateqləri yalnız bu paradiqmalardan Cənubi Qafqazı nəzərdən keçirirlər. "Əgər onların maraqları naminə konfiqurasiyanın təşkilində Ermənistan alətə çevrilmək istəyirsə, bu, onun seçimidir. Azərbaycan isə belə bir oyunda iştirakçı olmayacaq. Azərbaycan sabitlik tərəfdarıdır. Burada Ermənistan kənar geopolitik aktorların iştirakı olmadan sülh prosesini davam etdirməyə siyasi iradə göstərməlidir", - deyə politoloq fikirlərini tamamlayıb. Politoloq Natiq Miri isə deyir ki, müxtəlif vasitəçilərin iştirakı ilə sülh prosesinin davam etdiyi bir şəraitdə Azərbaycana qarşı haqsız və beynəlxalq hüquqla daban-dabana zidd olan qərarlar, qətnamələr, açıqlamalar verilirdi: "Bütün bunlar Azərbaycanı sarsıtmadı, milli maraqlardan imtina edilməsinə səbəb olmadı. Ermənistan da baş verənlərin fərqindədir və buna uyğun davranmağa çalışır. Vətən Müharibəsindən sonrakı dövr ərzində də gördük ki, Qərb strukturları tərəfindən sərgilənən mövqe vəziyyəti Ermənistanın xeyrinə dəyişməyib. Bununla belə, Ermənistan Qərbdəki havadarlarının dəstəyindən imtina etməyib". "Ermənistan hələ də o düşüncədədir ki, onun havadarları sülh masasında əyləşməlidir, ancaq bu bizim üçün qəbuledilməzdir. Dəfələrlə açıq şəkildə bəyan edilib. Bu gün sülh sazişinin bağlanması Azərbaycan dövləti üçün olmazsa-olmaz deyil. Bu məsələ daha çox Ermənistanı maraqlandırmalıdır. Eyni zamanda kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi məsələsi də Azərbaycandan daha çox Ermənistanı maraqlandırmalıdır", - deyə politoloq bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə Ermənistan sülhdə maraqlı ola bilər: "Amma Ermənistana bu imkanı vermək istəməyən, bölgədə sabitliyin olmasından narahat olan havadar dövlətlər var. Fransa kimi indiki vəziyyətdə sülh müqaviləsinin imzalanmasını istəmir. Digər tərəfdən Zəngəzur dəhlizi ilə bağlı məsələyə 10 noyabr bəyannaməsi çərçivəsində deyil, Ermənistan vasitəsilə Qərbin nəzarət etməsini istəyirlər".
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460935548_0:0:2732:2048_1920x0_80_0_0_9bcbbcb10e3cefdbdbbf1985a7d9f5f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
alen simonyan , ermənistan, sülh, fransa, zəngəzur dəhlizi, vətən müharibəsi, "vətən müharibəsi"
alen simonyan , ermənistan, sülh, fransa, zəngəzur dəhlizi, vətən müharibəsi, "vətən müharibəsi"
Ermənistan ağlın diktə etdiyi yola gəlir? - politoloqların şərhi
08:17 17.01.2024 (Yenilənib: 10:52 17.01.2024) Sputnik Azərbaycan Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamaları ilə bağlı politoloqlar İlyas Hüseynov və Natiq Mirinin fikirlərini öyrənib.
BAKI, 17 yanvar — Sputnik. Ermənistan parlamentinin spikeri Alen Simonyan maraqlı açıqlamalarla çıxış edib. Erməni diplomat ötən gün verdiyi açıqlamalarda dolayısıyla ifadə edib ki, bu gün Ermənistanın maraqlarının müdafiəçisi kimi çıxış edən ölkələrin əsas niyyəti öz geosiyasi maraqlarını təmin etməkdir.
Simonyan Bakı və İrəvan arasındakı sülh danışıqlarına müdaxil olmaq istəyən ölkələrin əslində öz təsirlərini artırmaq üçün bu prosesdən istifadə etdiyini dilə gətirib.
Erməni siyasətçinin dediklərinin tamamilə cəfəngiyyat olduğunu söyləmək doğru olmaz. Fəqət bu doğruların söylənmə zamanına diqqət yetirmək lazımdır.
Sputnik Azərbaycan Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamaları ilə bağlı politoloqlar İlyas Hüseynov və Natiq Mirinin fikirlərini öyrənib.
Politoloq İlyas Hüseynov qeyd edir ki, Alen Simonyan revanşist düşüncədə olan düşərədə təmsil olunur: "Lakin onun son fikirləri regional geopolitik spesifikanı əks etdirməklə yanaşı həm də İrəvanın rasional düşüncəyə sahib olmasını da bir qədər özündə əks etdirir. Şübhəsiz ki, Azərbaycan və Ermənistan çox çətin bir geosiyasi məkanda yerləşir. Rusiya, İran və Türkiyə ilə yanaşı bu regionda Avropa İttifaqı, ABŞ, zaman-zaman Çin də təmsil olunmağa can atır. Bütün bu qlobal güc mərkəzləri öz maraqları çərçivəsində Qafqazda siyasət həyata keçirməyə çalışırlar. Bu güclər maraqlarla yanaşı, həm də nüfuz bölgüsü axtarışındadırlar. Onlar regionu öz xammal ehtiyaclarını ödəmək və maksimum dividentlə bu region üzərində təsir rıçaqlarına malik olmaq planlarını araşdırırlar. Onların strateqləri yalnız bu paradiqmalardan Cənubi Qafqazı nəzərdən keçirirlər.
"Əgər onların maraqları naminə konfiqurasiyanın təşkilində Ermənistan alətə çevrilmək istəyirsə, bu, onun seçimidir. Azərbaycan isə belə bir oyunda iştirakçı olmayacaq. Azərbaycan sabitlik tərəfdarıdır. Burada Ermənistan kənar geopolitik aktorların iştirakı olmadan sülh prosesini davam etdirməyə siyasi iradə göstərməlidir", - deyə politoloq fikirlərini tamamlayıb.
Politoloq Natiq Miri isə deyir ki, müxtəlif vasitəçilərin iştirakı ilə sülh prosesinin davam etdiyi bir şəraitdə Azərbaycana qarşı haqsız və beynəlxalq hüquqla daban-dabana zidd olan qərarlar, qətnamələr, açıqlamalar verilirdi: "Bütün bunlar Azərbaycanı sarsıtmadı, milli maraqlardan imtina edilməsinə səbəb olmadı. Ermənistan da baş verənlərin fərqindədir və buna uyğun davranmağa çalışır. Vətən Müharibəsindən sonrakı dövr ərzində də gördük ki, Qərb strukturları tərəfindən sərgilənən mövqe vəziyyəti Ermənistanın xeyrinə dəyişməyib. Bununla belə, Ermənistan Qərbdəki havadarlarının dəstəyindən imtina etməyib".
"Ermənistan hələ də o düşüncədədir ki, onun havadarları sülh masasında əyləşməlidir, ancaq bu bizim üçün qəbuledilməzdir. Dəfələrlə açıq şəkildə bəyan edilib. Bu gün sülh sazişinin bağlanması Azərbaycan dövləti üçün olmazsa-olmaz deyil. Bu məsələ daha çox Ermənistanı maraqlandırmalıdır. Eyni zamanda kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi məsələsi də Azərbaycandan daha çox Ermənistanı maraqlandırmalıdır", - deyə politoloq bildirib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə Ermənistan sülhdə maraqlı ola bilər: "Amma Ermənistana bu imkanı vermək istəməyən, bölgədə sabitliyin olmasından narahat olan havadar dövlətlər var. Fransa kimi indiki vəziyyətdə sülh müqaviləsinin imzalanmasını istəmir. Digər tərəfdən Zəngəzur dəhlizi ilə bağlı məsələyə 10 noyabr bəyannaməsi çərçivəsində deyil, Ermənistan vasitəsilə Qərbin nəzarət etməsini istəyirlər".