CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda insan ömrünün bir hissəsi tıxacda keçir - deputat itirilən vaxtı hesablayıb

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan, 1920, 17.01.2024
Abunə olmaq
İltizam Yusifov bildirib ki, 10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir.
BAKI, 17 yanvar — Sputnik. "Bakıda insan hər gün tıxacla qarşılaşır".
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov bildirib.
"10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu, təxminən il ərzində 7,6 gün edir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5-dən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Deməli, Bakıda 73 il yaşayan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu da çox böyük rəqəmdir" - deputat deyib.
Bakıda tıxacların aradan qaldırılması üçün görüləcək işlər açıqlanıb
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib və bu marşrutlar şəhərətrafı ərazilərlə şəhər mərkəzinin birbaşa nəqliyyat əlaqələndirilməsinin təmin edilməsinə xidmət edir.
Belə ki, həmin nəqliyyat marşrutlarının şəhər mərkəzindən kənar keçməklə davam etdirilərək tangensial marşrutlara çevrilməsi ilə məntiqi tamamlandırılması nəzərdə tutulur.
Paytaxtın yol-nəqliyyat problemlərinin həlli və inkişafı məqsədilə küçə-yol şəbəkəsinin sıxlığının optimallaşdırılması üçün mühüm tədbirlər nəzərdə tutulub.
Hazırda Bakı şəhəri üzrə küçə-yol şəbəkəsinin sıxlığı magistral yollara nisbətdə 0,35 km/km2 , ümumi küçə-yol şəbəkəsinə nisbətdə isə 1,02 km/km2 təşkil edir.
Hədəflər
• Şəhərin mərkəzi ərazilərində fərdi nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azaldılması.
• Nəqliyyat axınlarının nizamlanması.
• Hərəkət sıxlığının şəhərin kənarına - periferiyalara ötürülməsi.
• İntensiv nəqliyyat tıxaclarının olduğu ərazilərin aradan qaldırılması.
• Təyinat məntəqəsi şəhər mərkəzinə olan yanaşma yollarının şaxələndirilməsi. Gələcək inkişaf – 2027-ci il Şəhərin periferiyasından keçən dairəvi magistral yolların tamamlanması:
• şəhərdənkənar nəqliyyat axınlarının şəhərə daxil olmaması üçün yeni həlqəvi marşrutların planlaşdırılması, xarici həlqəvi nəqliyyat yollarının tamamlanması və onların işləkliyinin təmin edilməsi. Aeroport yolunun respublika əhəmiyyətli yollara (M-1 "Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi" avtomobil yolu) birbaşa əlaqələndirilməsi:
• şimaldakı şəhər mərkəzli (Sumqayıt) və hava limanı (Heydər Əliyev Beynəlxalq Hava Limanı) arasında birbaşa qarşılıqlı əlaqənin qurulması;
• hava limanından yükdaşımalar üçün başqa (alternativ) yoldan istifadə/Bakının şimalındakı əsas magistral yollarının yükünün azaldılması. Dairəvi yolların tamamlanması/yenidən qurulması...
Xəbər lenti
0