Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda məhsullarda şəkərin miqdarının qanunla tənzimlənməsi təklif olunur

© AFP 2024 / JOEL SAGETŞəkər, arxiv şəkli
Şəkər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.01.2024
Abunə olmaq
Deputat bildirib ki, statistikaya görə, hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır. Buna baxçayaraq, günbəgün ölkəmizdə şəkərli məhsulların satış nöqtələri çoxalır.
BAKI, 17 yanvar — Sputnik. Azərbaycanda məhsullarda şəkərin miqdarının qanunla tənzimlənməsi təklif olunur.
Milli Məclisin bu gün keçirilən Aqrar siyasət komitəsinin iclasında deputat Emin Hacıyev deyib ki, şəkərli diabetlə mübarizənin başlanmasının vaxtı çatıb.
Deputat bildirib ki, statistikaya görə, hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır: "Günbəgün ölkəmizdə şəkərli məhsulların satış nöqtələri çoxalır. Bir neçə ölkədə istehsal olunan məhsullarda şəkərin miqdarı müvafiq qanunla tənzimlənir. Bunu araşdırmaq zamanıdır. Şəkər siqaretdən heç də zərərsiz deyil. Müqayisə etsək, bəlkə də daha çox zərərlidir".
Şəkərli diabet xəstəliyi nədir?
Qeyd edək ki, şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.
Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?
-Susuzluq;
-Tez-tez sidiyə getmə;
-Çəki itirmə;
Sidik yollarının infeksiyası;
-Bulanıq görmə;
-Qaşınma;
Yorğunluq;
-Dəridə və ağızda quruluq;
-Ayaqlarda keyimə.
Xəbər lenti
0