https://sputnik.az/20240117/azerbaycan-ve-turkiye-arasinda-herbi-emekdasliq-muzakire-edilib---vdeo-462024626.html
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq hansı səviyyədədir? VİDEO
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq hansı səviyyədədir? VİDEO
Sputnik Azərbaycan
Müdafiə naziri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib. 17.01.2024, Sputnik Azərbaycan
2024-01-17T16:11+0400
2024-01-17T16:11+0400
2024-01-17T16:13+0400
müdafiə naziri zakir həsənov
hərbi
türkiyə
cahit bağcı
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462021941_0:39:1000:602_1920x0_80_0_0_cee95bfcd10c99330397ace97f0f9fc0.jpg
BAKI, 17 yanvar — Sputnik. Yanvarın 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Xatırladaq ki, bundan öncə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.***Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini dərin hörmət və ehtiramla yad ediblər. Sonra Müdafiə Nazirliyində türkiyəli nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Hər iki Ordunun döyüş əməliyyatları zamanı şəhid olan hərbi qulluqçularının xatirəsi ehtiramla anılıb, tərəflər şəhidlərə Allahdan rəhmət diləyiblər. Nazir Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb. Müdafiə naziri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib. C.S.Tüfekçi isə öz növbəsində ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib. Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcının və qardaş ölkənin müdafiə sənayesi şirkətləri rəhbərliyinin də iştirak etdiyi görüşdə hərbi təchizat sahəsində birgə layihələrin əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/11/462021941_73:0:928:641_1920x0_80_0_0_24bb31175b38b507f5b8a9cdad4c4710.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə naziri zakir həsənov, türkiyə, cahit bağcı
müdafiə naziri zakir həsənov, türkiyə, cahit bağcı
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq hansı səviyyədədir? VİDEO
16:11 17.01.2024 (Yenilənib: 16:13 17.01.2024) Müdafiə naziri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib.
BAKI, 17 yanvar — Sputnik. Yanvarın 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, bundan öncə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdən əvvəl qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.
Sonra Müdafiə Nazirliyində türkiyəli nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Hər iki Ordunun döyüş əməliyyatları zamanı şəhid olan hərbi qulluqçularının xatirəsi ehtiramla anılıb, tərəflər şəhidlərə Allahdan rəhmət diləyiblər.
Nazir Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.
Müdafiə naziri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib.
C.S.Tüfekçi isə öz növbəsində ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcının və qardaş ölkənin müdafiə sənayesi şirkətləri rəhbərliyinin də iştirak etdiyi görüşdə hərbi təchizat sahəsində birgə layihələrin əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.