https://sputnik.az/20240116/taksi-suruculeri-yeni-telebler-haqqinda-ne-dusunurler-461985200.html
Taksi sürücüləri yeni tələblər haqqında nə düşünürlər?
Taksi sürücüləri yeni tələblər haqqında nə düşünürlər?
Sputnik Azərbaycan
Azərbaycanda xüsusi təlim keçdiyini təsdiq edən sənədi olmayan taksi sürücüləri bu sahədə fəaliyyət göstərə bilməyəcəklər. Taksi sürücülərinin özlərinin bu... 16.01.2024, Sputnik Azərbaycan
2024-01-16T10:01+0400
2024-01-16T10:01+0400
2024-01-16T10:28+0400
video
azərbaycan
taksi
təlim
manat
sənəd
qayda
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0f/461984410_0:0:1920:1080_1920x0_80_0_0_10681869059f32d09c074ea8333679d6.jpg
Məlum olub ki, taksi xidməti ilə bağlı yeni tələblərdən kifayət qədər narazı olanlar var. Sürücülər təhsil haqqının ödənişindən gileylənirlər. Bir çox insanlar uzun illər işlədiklərinə görə təlimə ehtiyaclarının olmadığını düşünürlər. Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təsdiq etdiyi qaydalara əsasən, Azərbaycanda təlim keçməyən sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək. "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0f/461984410_0:0:1440:1080_1920x0_80_0_0_131fc4c332ddad6b8939fcbdfe09f558.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, видео, taksi, təlim, manat, sənəd, qayda
azərbaycan, видео, taksi, təlim, manat, sənəd, qayda
Taksi sürücüləri yeni tələblər haqqında nə düşünürlər?
10:01 16.01.2024 (Yenilənib: 10:28 16.01.2024) Azərbaycanda xüsusi təlim keçdiyini təsdiq edən sənədi olmayan taksi sürücüləri bu sahədə fəaliyyət göstərə bilməyəcəklər. Taksi sürücülərinin özlərinin bu barədə nə düşündükləri haqqında daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.
Məlum olub ki, taksi xidməti ilə bağlı yeni tələblərdən kifayət qədər narazı olanlar var. Sürücülər təhsil haqqının ödənişindən gileylənirlər. Bir çox insanlar uzun illər işlədiklərinə görə təlimə ehtiyaclarının olmadığını düşünürlər.
"Bu, çox faydasızdır. 76 manat ödəmək və demək olar ki, bu təlim günlərində işləməmək. Buna görə də heç kim buna razı deyil", - deyə taksi sürücüsü fikrini bölüşüb.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin təsdiq etdiyi qaydalara əsasən, Azərbaycanda təlim keçməyən sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək.
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.