https://sputnik.az/20240116/sumqayitda-yataqxanada-partlayis-zamani-xesaret-alanlarin-son-durumu-461991193.html
Sumqayıtda yataqxanada partlayış zamanı xəsarət alanların vəziyyəti necədir?
Sumqayıtda yataqxanada partlayış zamanı xəsarət alanların vəziyyəti necədir?
Sputnik Azərbaycan
Onların müalicəsi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir. 16.01.2024, Sputnik Azərbaycan
2024-01-16T10:43+0400
2024-01-16T10:43+0400
2024-01-16T11:03+0400
hadisə
sumqayıt
partlayış
yanğın
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0f/461980333_0:156:3000:1844_1920x0_80_0_0_d217ee1de901c3453bec7d4f8bac8386.jpg
BAKI, 16 yanvar — Sputnik. Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan 4 nəfərin (2-si böyük, 2-si uşaq olmaqla) müalicəsi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Məlumata görə, 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslərə Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyəti isə orta ağır olaraq qalır. Qeyd edək ki, dünən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxanada yanğın baş verib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/0f/461980333_167:0:2834:2000_1920x0_80_0_0_2b9290b44891324f826e877be85b24f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sumqayıt, partlayış, yanğın
sumqayıt, partlayış, yanğın
Sumqayıtda yataqxanada partlayış zamanı xəsarət alanların vəziyyəti necədir?
10:43 16.01.2024 (Yenilənib: 11:03 16.01.2024) Onların müalicəsi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir.
BAKI, 16 yanvar — Sputnik. Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan 4 nəfərin (2-si böyük, 2-si uşaq olmaqla) müalicəsi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslərə Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir.
1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyəti isə orta ağır olaraq qalır.
Qeyd edək ki, dünən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxanada yanğın baş verib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.