CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınların pensiya yaşı azaldılacaq?

© Sputnik / Ilham Mustafayevpensiya
pensiya  - Sputnik Azərbaycan, 1920, 16.01.2024
Abunə olmaq
Əliyev bildirib ki, bu məsələ əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir.
BAKI, 16 yanvar — Sputnik. Qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə aydınlıq gətirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.
O, bildirib ki, əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir.
"Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi yoxdur".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yaşa görə əmək pensiyası ömürlük təyin edilir.
Xəbər lenti
0