https://sputnik.az/20240116/oten-il-pensiya-odenisleri-57-milyard-manat-olub-461992954.html
Ötən il pensiya ödənişləri 5,7 milyard manat olub
Ötən il pensiya ödənişləri 5,7 milyard manat olub
Sputnik Azərbaycan
Nazir müavini qeyd edib ki, müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb 16.01.2024, Sputnik Azərbaycan
2024-01-16T12:11+0400
2024-01-16T12:11+0400
2024-01-16T13:22+0400
pensiya
cəmiyyət
ödəniş
prezident ilham əliyev
prezident ilham əliyevin sərəncamı
dost iş mərkəzi
müavinət
sosial müavinət
https://cdnn1.img.sputnik.az/img/42283/45/422834526_0:320:3073:2048_1920x0_80_0_0_1f88713413be68b1fced638a235f33bf.jpg
BAKI, 16 yanvar — Sputnik. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 2023-cü ildə son 5 ildə sayca 4-cü sosial paket həyata keçirilib. Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, minimum əməkhaqqı, minimum pensiya məbləğləri, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları, bir çox müavinət və təqaüdlər, həmçinin digər sosial ödənişlərin məbləğləri əhəmiyyətli dərəcədə artırılıb: "Pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb. Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib". Nazir müavini qeyd edib ki, müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb: "Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub. Məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib. Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əməkhaqqı fondunda 15 faiz artım baş verib". Anar Əliyev əlavə edib ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı məşğulluq tədbirlərinə və sosial xidmət infrastrukturunun qurulmasına başlanılıb: "Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib, peşə hazırlığı proqramının icrasına başlanıb, Füzuli və Laçında əmək yarmarkaları keçirilib. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlər müəyyən edilib. 9 şəhər və rayonu əhatə edərək 900 mindən çox şəxsə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi, həmçinin Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42283/45/422834526_124:0:2855:2048_1920x0_80_0_0_ca3287605a60872bfeaef4c9fec1e998.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, ödəniş, prezident ilham əliyev, prezident ilham əliyevin sərəncamı, dost iş mərkəzi, müavinət, sosial müavinət
pensiya, ödəniş, prezident ilham əliyev, prezident ilham əliyevin sərəncamı, dost iş mərkəzi, müavinət, sosial müavinət
Ötən il pensiya ödənişləri 5,7 milyard manat olub
12:11 16.01.2024 (Yenilənib: 13:22 16.01.2024) Nazir müavini qeyd edib ki, müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb
BAKI, 16 yanvar — Sputnik. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 2023-cü ildə son 5 ildə sayca 4-cü sosial paket həyata keçirilib. Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, minimum əməkhaqqı, minimum pensiya məbləğləri, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları, bir çox müavinət və təqaüdlər, həmçinin digər sosial ödənişlərin məbləğləri əhəmiyyətli dərəcədə artırılıb: "Pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb. Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib".
Nazir müavini qeyd edib ki, müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb: "Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub. Məşğulluq mərkəzləri tərəfindən 118,4 min şəxs işlə təmin edilib, 17,4 min nəfər özünüməşğulluq proqramına, 9,5 min nəfər peşə hazırlığına, 282 min şəxs peşə yönümü məsləhəti xidmətlərinə cəlb edilib. Əmək müqavilələrinin sayı 1,8 milyona çatıb, əməkhaqqı fondunda 15 faiz artım baş verib".
Anar Əliyev əlavə edib ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı məşğulluq tədbirlərinə və sosial xidmət infrastrukturunun qurulmasına başlanılıb: "Artıq bu ərazilərə köçürülmüş 1100-dən çox şəxsin məşğulluğu təmin edilib, peşə hazırlığı proqramının icrasına başlanıb, Füzuli və Laçında əmək yarmarkaları keçirilib. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlər müəyyən edilib. 9 şəhər və rayonu əhatə edərək 900 mindən çox şəxsə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi, həmçinin Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib".