DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lukaşenko: Bu, dəhşətli humanitar fəlakətdir

© Sputnik / Павел БедняковAleksandr Lukaşenko
Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 16.01.2024
Abunə olmaq
Belarus prezidenti deyir ki, hərbi doktrinada edilən bir çox qiymətləndirmə və proqnozlar artıq özünü doğruldur.
BAKI, 16 yanvar — Sputnik. Dünya dövlətlərin əsas arqumentinin hərbi güc olduğu dövrə qayıdıb. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Lukaşenko ölkənin Təhlükəsizlik Şurasının iclasında "biz hərbi gücün dövlətlərarası münasibətlərin qurulmasında əsas arqumentə çevrildiyi dövrlərə qayıtdıq" deyib.
"Milli təhlükəsizlik sahəsində müasir risklərin, çağırışların və təhdidlərin transformasiyasının əsas istiqamətləri konsepsiyada və hərbi doktrinada ətraflı şəkildə öz əksini tapıb. Orada edilən bir çox qiymətləndirmə və proqnozlar artıq özünü doğruldur", - deyə prezident bildirib.
Belarus prezidenti nümunə kimi Yaxın Şərqdəki vəziyyəti göstərib.
"Bu, dəhşətli humanitar fəlakətdir. Nəzərə alın ki, nüvə silahından istifadə hədəsi münaqişənin kəskinləşməsindən dərhal sonra edilib. Adətən olduğu kimi, sivil Qərbdən heç bir sanksiya tətbiq olunmayıb", - Lukaşenko bildirib.
Xəbər lenti
0