DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hakan Fidan: "Qəzzadakı müharibə daha da genişlənə bilər"

© AFP 2024 / AHMED HASANHakan Fidan, arxiv şəkli
Hakan Fidan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2024
Abunə olmaq
Türkiyənin xarici işlər naziri bildirir ki, hər kəs müharibənin Liviyaya keçəcəyini düşünürdü, amma müharibə başqa istiqamətə yayıldı.
BAKI, 16 yanvar — Sputnik. Qəzzadakı müharibə böyüyür, daha da genişlənə bilər.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada xorvatiyalı həmkarı Qordan Qrlic ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hər kəs müharibənin Liviyaya keçəcəyini düşünürdü, amma müharibə başqa istiqamətə yayıldı: "Döyüşlərin gələcəkdə daha geniş miqyasa keçməsi mümkündür. Biz müharibənin başa çatması üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə ötən il oktyabrın 7-də başlayıb. Savaş üç aydan çoxdur davam edir.
Xəbər lenti
0