Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Erməni silahlı dəstələrinin silah-sursat anbarı aşkar edildi - VİDEO

© Photo : The Ministry of Internal Affairs of AzerbaijanXocalıda kitabxanadan çox sayda silah-sursat tapılıb
Xocalıda kitabxanadan çox sayda silah-sursat tapılıb
 - Sputnik Azərbaycan, 1920, 16.01.2024
Abunə olmaq
Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər müsadirə edilib.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsadirə edilib.
Xəbər lenti
0