CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək

© Official website of President of Azerbaijan RepublicBakıda 6 saylı Asan xidmət mərkəzi
Bakıda 6 saylı Asan xidmət mərkəzi - Sputnik Azərbaycan, 1920, 16.01.2024
Abunə olmaq
Hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir.
BAKI, 16 yanvar - Sputnik. Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı məlumat verilib.
İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir.
Xəbər lenti
0