https://sputnik.az/20240115/vahid-beyannamenin-gonderilmesi-asanlasdirilib---yenilik---video-461973514.html
"Vahid bəyannamə"nin göndərilməsi asanlaşdırılıb - Yenilik - Video
"Vahid bəyannamə"nin göndərilməsi asanlaşdırılıb - Yenilik - Video
Sputnik Azərbaycan
Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, vergi ödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilər. 15.01.2024, Sputnik Azərbaycan
2024-01-15T20:26+0400
2024-01-15T20:26+0400
2024-01-15T20:26+0400
vergi
iqtisadiyyat
bəyannamə
fiziki şəxs
https://cdnn1.img.sputnik.az/img/40816/89/408168909_23:0:2000:1112_1920x0_80_0_0_23df1e97b51cd58efa72718cd8086362.jpg
BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyicilərinin təqdim etdiyi "Vahid bəyannamə"nin göndərilməsi prosesi asanlaşdırılıb. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Belə ki, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə"nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir. Bu bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilir. Yeni formaya aid proqram təminatı 2023-cü ilin IV rübündən etibarən istifadəyə verilib və sadələşdirilmiş interfeys formasında sistemə keçid təmin edilib. Sadələşdirilmiş bəyannamə forması vergi ödəyicilərinin uçot – baza və son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən əvvəlcədən doldurularaq ödəyicilərə təqdim edilir. Vergi ödəyicisi həmin məlumatlarla razı olduqda, bəyannaməni gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək vergi orqanına göndərir. Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, vergi ödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilər. Vergi inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər barədə vergi ödəyicilərinin daha geniş məlumatlandırılması məqsədilə işçisi olmayan fiziki şəxslər üzrə sadələşdirilmiş formanın tərtib edilməsi və göndərilməsi barədə müvafiq videotəlimat da hazırlanıb. Videotəlimatda "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə"nin sadələşdirilmiş formada onlayn tərtib olunması və göndərilməsi prosesi əks etdirilir. Videotəlimatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40816/89/408168909_517:0:2000:1112_1920x0_80_0_0_035e6f48a9d32a34d08e1244773e1b58.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vergi, bəyannamə, fiziki şəxs
vergi, bəyannamə, fiziki şəxs
"Vahid bəyannamə"nin göndərilməsi asanlaşdırılıb - Yenilik - Video
Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, vergi ödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilər.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyicilərinin təqdim etdiyi "Vahid bəyannamə"nin göndərilməsi prosesi asanlaşdırılıb.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Belə ki, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə"nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannamənin rahat şəkildə təqdim olunmasına imkan verir.
Bu bəyannamə ilkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən tərtib edilir. Yeni formaya aid proqram təminatı 2023-cü ilin IV rübündən etibarən istifadəyə verilib və sadələşdirilmiş interfeys formasında sistemə keçid təmin edilib.
Sadələşdirilmiş bəyannamə forması vergi ödəyicilərinin uçot – baza və son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən əvvəlcədən doldurularaq ödəyicilərə təqdim edilir. Vergi ödəyicisi həmin məlumatlarla razı olduqda, bəyannaməni gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edərək vergi orqanına göndərir. Məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, vergi ödəyicisi düzəliş edərək bəyannaməni təsdiqləyə bilər.
Vergi inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər barədə vergi ödəyicilərinin daha geniş məlumatlandırılması məqsədilə işçisi olmayan fiziki şəxslər üzrə sadələşdirilmiş formanın tərtib edilməsi və göndərilməsi barədə müvafiq videotəlimat da hazırlanıb. Videotəlimatda "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə"nin sadələşdirilmiş formada onlayn tərtib olunması və göndərilməsi prosesi əks etdirilir.
Videotəlimatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.