ELM

Qoxusu pis, özü acı - koronavirus və peyvənddən sonra yaranmış problemlərin əlacı

© Sputnik / Igor Zarembo / Mediabanka keçidGöyərti satışı, arxiv şəkli
Göyərti satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Bu, nəinki koronavirus keçirmiş şəxslərə, həmçinin koronavirusa qarşı peyvənd olunmuşlara da son dərəcə məsləhət görülən qida vasitəsidir.
BAKI, 15 yanvar — Sputnik. Göy soğanı təbii antiseptik və antibiotik adlandırmaq olar. Onun tərkibində bir çox faydalı maddələr var. Bu da sağlamlıq cəhətdən çox faydalıdır. Amma ən asası son zamanların qorxulu röyası olan koronavirusdan sonra orqanizmdə yaranmış problemləri kökündən həll etmək üçün ən ucuz və sağlıqlı vasitədir. Göy soğan nəinki koronavirus keçirmiş şəxslərə, həmçinin koronavirusa qarşı peyvənd olunmuş şəxslərə də son dərəcə məsləhət görülən qida vasitəsidir.
Göy soğanın əsas faydaları bunlardır:
- Göy soğanın ağ hissəsi A, yaşıl hissəsi isə C vitamini ilə zəngindir.
- Ürək xəstəlikləri riskini azaldır.
- Göy soğanın tərkibindəki adenozin adı verilən maddə qanın laxtalanmasını önləyir.
- Burun tıxanmasının mənfi təsirlərini azaldır.
- Allergiyaya qarşı faydalıdır.
- İmmuniteti gücləndirir.
- Qripə qarşı faydalıdır.
- Soyuqdəymədən əziyyət çəkən insanlara müsbət təsir göstərir.
- Artıq suyun və zərərli maddələrin orqanizmdən kənarlaşmasına kömək edir.
- Dəri xəstəliyi törədicilərinin qarşısını alır.
- İştah açır.
- Qandakı xolestrolu aşağı salır.
- Orqanizmdən toksinləri uzaqlaşdırmağın ən asan yolu göy soğan yeməkdir.
- Şəkəri aşağı salır.
- Zehni yoğrunluğa faydalıdır.
- Böyrəkdəki qum və daşın tökülməsinə yardımçı olur.
- Böyrək ağrılarını azaldır.
- Damarları genişləndirir.
- Ürəyi gücləndirir.
- Damar sərtliyinə müsbət təsir göstərir.
- Yaralardakı iltihabın sağalmasında faydalıdır.
- Göz zəifləməsinin qarşısını alır.
- Sümüklərin güclənməsinə yardımçı olur.
- Orqanizmi infeksiyalara qarşı qoruyur.
- Cinsi aktivliyin artmasına müsbət təsir göstərir.
- Öskürəyə qarşı faydalıdır.
16.09.23, 00:55
İnsan sağlamlığı üçün böyük əhəmiyyətə malik olan soğan həm də dəriyə çox faydalıdır.
Türkiyə mediasının yaydığı xəbərə görə, soğanı mütəmadi olaraq üzə sürtdükdə dəridəki sızanaqlar azalacaq.
Həkimlər bildirir ki, üz dərisindəki səpkiləri sağaltmaq üçün dərini gündə iki dəfə təkcə soğan suyu ilə silmək lazımdır.
Qısa müddətdə daha böyük nəticəyə nail olmaq üçün soğan suyunu balla barışdırıb üzə maska kimi istifadə etmək də tövsiyə olunur.
A və E vitamini ilə zəngin olan soğan dəriyə inanılmaz parlaq görünüş verir.
Qeyd edək ki, C, B6, B9 vitaminləri ilə də zəngin olan soğan qırmızı qan hüceyrələrinin yaranmasına, immunitetin daha da möhkəmlənməsinə səbəb olur.
Soğanın tərkibindəki antioksidantlar sayəsində bədəndəki xüsusi yağların səviyyəsi də azalır.
Xəbər lenti
0