https://sputnik.az/20240115/maradona-oldurulub--oglu-bunu-iddia-edir-461968281.html
Maradona öldürülüb – oğlu bunu iddia edir
Maradona öldürülüb – oğlu bunu iddia edir
Sputnik Azərbaycan
Futbol əfsanəsinin oğlu, bu barədə fikirləri olsa da, bu işdə günahkar olanların adıarını açıqlamayıb. 15.01.2024, Sputnik Azərbaycan
2024-01-15T22:41+0400
2024-01-15T22:41+0400
2024-01-15T22:41+0400
dieqo armando maradona
dünya xəbərləri
ölüm
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/03/425369729_0:0:3127:1759_1920x0_80_0_0_7fe69ccdad6452678d8d8546d5175e53.jpg
BAKI, 15 yanvar — Sputnik. "Atam öz əcəli ilə dünyasını dəyişməyib. Onu öldürüblər". Bunu Diyeqo Armando Maradona - 1986-cı ildə futbol üzrə dünya çempionu Diyeqo Maradonanın kiçik oğlu bəyan edib. Onun bu məsələ ilə bağlı öz fikri olsa da, bu işdə günahkar olanların adlarnı açıqlamayıb. Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Bundan əvvəl Argentina prokurorluğu Maradonanın səhhətinə cavabdeh olan səkkiz tibb işçisinin səhlənkarlıq göstərdiklərini, onu köməksiz qoyduqlarını və onu “taleyin ümidinə” buraxdıqlarını bildirib. 2021-ci ilin aprelində Maradonanın ölümünü araşdırmaq üçün yaradılmış tibbi ekspert komissiyası məhkəməyə göndəriləcək hesabat hazırlayıb. Hesabatda idmançıya cavabdeh olan həkim briqadasının hərəkətlərinin qeyri-adekvat, qeyri-kafi və diqqətsiz olduğu müəyyən edilib. Komissiyanın fikrincə, Maradonaya lazımi qayğı və müalicə göstərilməyib ki, bu da ölümlə nəticələnə bilərdi. Bundan əlavə, həkimlər keçmiş futbolçunun ölümünün dəqiq vaxtını müəyyən etməyiblər - Maradonanı reanimasiya etmək cəhdi zamanı o, artıq bir neçə saatdır ki, dünyasını dəyişmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/03/425369729_398:0:3127:2047_1920x0_80_0_0_e09a50d3aba8aa1f89b60e62dec967e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dieqo armando maradona, ölüm
dieqo armando maradona, ölüm
Maradona öldürülüb – oğlu bunu iddia edir
Futbol əfsanəsinin oğlu, bu barədə fikirləri olsa da, bu işdə günahkar olanların adıarını açıqlamayıb.
BAKI, 15 yanvar — Sputnik. "Atam öz əcəli ilə dünyasını dəyişməyib. Onu öldürüblər". Bunu Diyeqo Armando Maradona - 1986-cı ildə futbol üzrə dünya çempionu Diyeqo Maradonanın kiçik oğlu bəyan edib.
"Araşdırma aparılır. Biz - onun uşaqları Argentina ədalətinə çox inanırıq. Əminəm ki, bu belə bitməməli idi. Onlar mənim atamı öldürdülər. Nə isə etmək mümkün olarkən onu taleyin ümidinə atdılar", - deyə “Marca” “Mediaset Italia” telekanalında çıxış edən Maradonanın kiçik oğlundan sitat gətirib.
Onun bu məsələ ilə bağlı öz fikri olsa da, bu işdə günahkar olanların adlarnı açıqlamayıb.
"Bunu kimin etdiyini söyləmək mənim işim deyil, baxmayaraq ki, bu barədə fikirlərim var. Amma nə düşündüyümü ifadə edə bilmirəm", - deyə futbol əfsanəsinin oğlu sözünə davam edib.
Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Bundan əvvəl Argentina prokurorluğu Maradonanın səhhətinə cavabdeh olan səkkiz tibb işçisinin səhlənkarlıq göstərdiklərini, onu köməksiz qoyduqlarını və onu “taleyin ümidinə” buraxdıqlarını bildirib.
2021-ci ilin aprelində Maradonanın ölümünü araşdırmaq üçün yaradılmış tibbi ekspert komissiyası məhkəməyə göndəriləcək hesabat hazırlayıb. Hesabatda idmançıya cavabdeh olan həkim briqadasının hərəkətlərinin qeyri-adekvat, qeyri-kafi və diqqətsiz olduğu müəyyən edilib.
Komissiyanın fikrincə, Maradonaya lazımi qayğı və müalicə göstərilməyib ki, bu da ölümlə nəticələnə bilərdi. Bundan əlavə, həkimlər keçmiş futbolçunun ölümünün dəqiq vaxtını müəyyən etməyiblər - Maradonanı reanimasiya etmək cəhdi zamanı o, artıq bir neçə saatdır ki, dünyasını dəyişmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.