Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Fırıldaqçı və qadınların könlünü ram edən Azərbaycanlı Rusiyada ulduza çevrilib

© Photo : socail page of Corc QafarovAzərbaycan aktyoru Corc Qafarov, arxiv
Azərbaycan aktyoru Corc Qafarov, arxiv - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Corc Qafarov Rusiya filmindəki debütünün uğurlu olmasına sevinir, indi o, Hollivudu fəth etmək niyyətindədir.
BAKI, 15 yanvar — Sputnik. Rusiyanın striminq xidmətində baş rolu azərbaycanlı aktyor Corc Qafarovun canlandırdığı "Parıltı" serialının premyerası baş tutub.
Sənətçi Azərbaycanda kifayət qədər məşhurdur, bir çox yerli film və seriallarda rol alıb, indi isə o, Rusiya kinosunu fəth etmək qərarına gəlib. Corc daha ətraflı Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
Atası latviyalı olduğu üçün o, yarı azərbaycanlıdır. Qafarovun sözlərinə görə, anası evləndikdən sonra Latviyaya köçüb və Corc orada dünyaya gəlib. Sonra anası ilə birlikdə Bakıya qayıdıb. Lakin vətənlərinə qayıdanda küçədə qalası olublar, çünki anasının atası (babası) qızının Latviyaya köçməsinə qarşı olub və onu geri qəbul etməyib. Yaşayacaq yerləri olmadığı üçün anası Corcu uşaq evinə verməyə məcbur olub.
© Photo : socail page of Corc QafarovAzərbaycanlı aktyor Corc Qafarov
Aзербайджанский актер Джордж Гафаров - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Azərbaycanlı aktyor Corc Qafarov

"Orada rəqslə məşğul olmağa başladım, hətta müxtəlif rəqs müsabiqələrində də iştirak edirdim. Müsabiqələrin birində rejissor Yavər Rzayev məni gördü və o qədər bəyəndi ki, "İlahi heyvan" filminin kastinqinə dəvət edir. O zaman hələ 12 yaşında idim və uşaq evindən demək olar ki, hər gün çəkilişlərə gedirdim. Bu fürsətə görə həmişə Yavər Rzayevə minnətdar olacağam. Mənə oynamağı öyrədən ilk insan o olub", - deyə Corc bildirib.

Aktyor 2014-cü ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Teatr və kino aktyoru" ixtisasına daxil olur. Əvvəlcə yalnız filmlərdə rol almağı planlaşdırsa da, təhsil aldığı müddətdə onun teatra məhəbbəti artır. O, hazırda Azərbaycan Milli Akademik Dram Teatrının aktyorudur.
Corc bir çox Azərbaycan filmlərində rol alıb, lakin aktyor "Sonuncu", "Dolu", "Tək olanda qorxma" və "İlahi heyvan" filmlərini daha uğurlu hesab edir. Aktyorun fikrincə, ona Azərbaycanda böyük şöhrət qazandıran məhz bu filmlər olub.
"Mən həmişə irəliləmək, təkcə Bakıda deyil, xaricdə də çəkilmək istəmişəm. 15 ildən artıqdır ki, Rusiya kinorejissorları ilə əməkdaşlıq edən "Actors Agency of Azerbaıjan" şirkəti Rusiyanın "Parlaq" serialının kastinqində iştirak etməyi mənə təklif etdi. Bu kastinqdə iştirak etmək istəyənlər çox idi. Təəssüf ki, rus dilini çox yaxşı bilmirəm, ona görə də kastinqdən keçəcəyimi düşünmürdüm, amma keçdim", - deyə Corc söyləyib.
Bir müddət sonra gənc aktyor Sankt-Peterburqa uçur və orada onun Serkan rolunu oynayacağı təsdiqlənir. Serialın istehsalı "Cinema Production" prodüser mərkəzi tərəfindən həyata keçirilib, serialın rejissoru isə Mariya Aqranoviçdir.
© Photo : socail page of Corc QafarovAzərbaycanlı aktyor Corc Qafarov
Aзербайджанский актер Джордж Гафаров - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Azərbaycanlı aktyor Corc Qafarov
Süjetə görə, baş qəhrəman Anya simvolik maaşla bahalı ivent-agentliyində assistent kimi işləyir. Burada o, Peterburqa gələn rusiyalı həyat yoldaşı axtarışında olan zadəgan, Osmanlı nəslinin nümayəndəsi Serkanla tanış olur. Qız atasını həbsdən çıxarmaq üçün cinayət törətmək qərarına gəlir: Serkanın kolleksiyasından qiymətli boyunbağı oğurlayır, lakin Sultan titulu kimi zinət əşyalarının da saxta olduğu üzə çıxır. Saxtakarlıqla tutulan türkiyəli Sankt-Peterburq zənginlərini "aldatmağa" davam etmək üçün Anyanı onunla əlbir olmağa məcbur edir.

"Mənim qəhrəmanım zəngin və çox təkəbbürlüdür. Ətrafındakı hər kəs ona heyran olur. O, bir çox qadınların qəlbini qırıb. Ancaq o və mən tamamilə fərqliyik. Yeganə ortaq cəhətimiz odur ki, ikimiz də uşaq evində böyümüşük. Rusiyalı həmkarlarımla işləməkdən böyük zövq aldım. Təhsil alarkən Moskvada aktyorluq ustad dərslərində iştirak etmişəm, ona görə də Rusiya kino məktəbi haqqında çox şey bilirdim", - deyə Corc bildirib.

© Photo : socail page of Corc QafarovAzərbaycanlı aktyor Corc Qafarov
Aзербайджанский актер Джордж Гафаров - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Azərbaycanlı aktyor Corc Qafarov
Aktyor Rusiyanın "Parlaq" filmindəki debütünün uğurlu olmasına sevinir, çünki ona hər gün Rusiyadan çox sayda pərəstişkar yazır. Corcun sözlərinə görə, hamı onun serialdakı çıxışından çox məmnundur. İndi aktyorun məqsədi dünya film sahəsinin bir hissəsi olmaq və Hollivudda məşhurlaşmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0