CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DTX saxta sənədlər hazırlayan transmilli cinayətkar dəstəni ələ keçirdi

© Photo : State Security Service of the Republic of AzerbaijanDTX emblemi
DTX emblemi - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Qurum tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycanda istintaqa cəlb edilmələri təmin olunub.
BAKI, 15 yanvar — Sputnik. Son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycanın və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunub.
DTX-nin Mətbuat xidmətindən bildirilib ki, aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış Nuriyev İbadət Qəhrəman oğlu, Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Bağırov Fərid Vaqif oğlu və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30.000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilib.
DTX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycanda istintaqa cəlb edilmələri təmin olunub, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilib.
Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilib.
Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0