https://sputnik.az/20240115/bakida-partlayis-olub-461960934.html
Binəqədi rayonunda baş vermiş yanğın məhdudlaşdırılıb - Təzələnib
Binəqədi rayonunda baş vermiş yanğın məhdudlaşdırılıb - Təzələnib
Sputnik Azərbaycan
FHN-nin müvafiq xilasetmə qüvvələri və polis əməkdaşları əraziyə cəlb edilib. 15.01.2024, Sputnik Azərbaycan
2024-01-15T14:29+0400
2024-01-15T14:29+0400
2024-01-15T14:31+0400
hadisə
yanğın
fhn
sex
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456266610_0:163:1280:883_1920x0_80_0_0_dd4be59a8deda5797fca4ac0514ff14c.jpg
BAKI, 15 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğını məhdudlaşdırıb. Partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.***Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub. Bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əlavə məlumat veriləcək. DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları da əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456266610_0:0:1280:960_1920x0_80_0_0_56d73036930234d6593f6bef48dc11d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yanğın, fhn, sex
Binəqədi rayonunda baş vermiş yanğın məhdudlaşdırılıb - Təzələnib
14:29 15.01.2024 (Yenilənib: 14:31 15.01.2024) FHN-nin müvafiq xilasetmə qüvvələri və polis əməkdaşları əraziyə cəlb edilib.
BAKI, 15 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğını məhdudlaşdırıb.
Partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.
Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub. Bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları da əraziyə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.