https://sputnik.az/20240115/azerbaycan-ve-polsa-xn-rehberleri-neleri-muzakire-edibler-461988349.html
Azərbaycan və Polşa XİN rəhbərləri nələri müzakirə ediblər
Azərbaycan və Polşa XİN rəhbərləri nələri müzakirə ediblər
Sputnik Azərbaycan
XİN Ceyhun Bayramovun Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığına dair məlumat yayıb. 15.01.2024, Sputnik Azərbaycan
2024-01-15T18:50+0400
2024-01-15T18:50+0400
2024-01-16T10:41+0400
siyasət
polşa
azərbaycan
xin
telefon
cop29
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130559_0:0:2919:1642_1920x0_80_0_0_0fa1f51212112273ccb812d3c7299f4c.jpg
BAKI, 15 yanvar - Sputnik. Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub. Bu barədə XİN xəbər yayıb.Bildirilir ki, telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın irəlilədilməsinin vacibliyi vurğulanıb.Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yarandığı qeyd edilib.Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.Daha sonra, qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/19/457130559_58:0:2787:2047_1920x0_80_0_0_d1f3186cd4dfe10df13708859aba480a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polşa, azərbaycan, xin, telefon, cop29
polşa, azərbaycan, xin, telefon, cop29
Azərbaycan və Polşa XİN rəhbərləri nələri müzakirə ediblər
18:50 15.01.2024 (Yenilənib: 10:41 16.01.2024) XİN Ceyhun Bayramovun Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığına dair məlumat yayıb.
BAKI, 15 yanvar - Sputnik. Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub. Bu barədə XİN xəbər yayıb.
Bildirilir ki, telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.
Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın irəlilədilməsinin vacibliyi vurğulanıb.
Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yarandığı qeyd edilib.
Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Daha sonra, qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.