DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Azarkeşlər Almaniya yığmasının matçında Şoltsu fitə basıblar

© AFP 2023 / ODD ANDERSENAlmaniya Kansleri Olaf Şolts
Almaniya Kansleri Olaf Şolts - Sputnik Azərbaycan, 1920, 15.01.2024
Abunə olmaq
Diktor Şoltsun oyunda olduğunu bildirəndən dərhal sonra tamaşaçılar fəal şəkildə fit çalmağa başlayıblar.
BAKI, 15 yanvar — Sputnik. AlmaniyaŞimali Makedoniya milli komandaları arasında həndbol üzrə Avropa çempionatının oyununda azarkeşlər Almaniya Kansleri Olaf Şoltsu fitə basıblar. Bu barədə "Bild" xəbər verib.
Nəşrin məlumatına görə, diktor Şoltsun oyunda olduğunu bildirəndən dərhal sonra tamaşaçılar fəal şəkildə fit çalmağa başlayıblar.
Qarşılaşma 34:25 hesabı ilə Almaniya yığmasının xeyrinə başa çatıb.
Qeyd edək ki, yanvarın 10-dan 28-dək Almaniyanın altı şəhərində Avropa çempionatı keçiriləcək.
Bundan əvvəl Saksoniya-Anhalt sakinlərinin Şoltsu rezin çəkmələrinə görə tənqid etdiyi bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0