https://sputnik.az/20240114/yagan-qar-azerbaycanin-kend-teserrufatina-derman-tesiri-bagislayib-461952600.html
Yağan qar Azərbaycanın kənd təsərrüfatına dərman təsiri bağışlayıb
Yağan qar Azərbaycanın kənd təsərrüfatına dərman təsiri bağışlayıb
Sputnik Azərbaycan
Mütəxəssis qarın kimyəvi tərkibinin su olduğunu diqqətə çatdıraraq onun meyvə bağları və əkin sahələri üçün faydasından danışıb 14.01.2024, Sputnik Azərbaycan
2024-01-14T21:31+0400
2024-01-14T21:31+0400
2024-01-14T21:31+0400
qar
cəmiyyət
kənd təsərrüfatı
aqrar
azərbaycan dövlət aqrar universiteti
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450482582_0:156:3000:1844_1920x0_80_0_0_a8b842ef019aad7049e2ee6271f4162c.jpg
BAKI, 14 yanvar - Sputnik. Son günlər respublikanın müxtəlif bölgələrində, xüsusilə də qərb bölgəsində intensiv qarın yağması, havaların şaxtalı keçməsi insanlara sevinc bəxş etməklə yanaşı, həm də kənd təsərrüfatı üçün iqtisadi baxımdan əlverişlidir. Qarın yağması demək olar ki, kənd təsərrüfatının bütün sahələrinə öz müsbət təsirini göstərir.Bu fikirləri Dövlət Aqrar Universitetinin əməkdaşı, dosent Hüseyn İdrisov Azərtac-a deyib.Mütəxəssis qarın kimyəvi tərkibinin su olduğunu diqqətə çatdıraraq onun meyvə bağları və əkin sahələri üçün faydasından danışıb: "Son illər dünyada gedən qlobal istiləşmə, yağıntıların azalması təbiətdə sürətli dəyişilmələrə səbəb olmuş, insanları qida çatışmazlığı təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu gün bir çox bölgələrdə qarın yağması torpaqda tələb olunan rütubətlik səviyyəsini artırmaqla, payızda səpilmiş taxıl bitkilərini, çoxillik meyvə-giləmeyvə bitkilərinə çox müsbət təsir göstərəcək. Payız-qış mövsümündə yağıntıların az olması, əksər bölgələrdə süni suvarma imkanın olmaması bitkilərin böyüməsinə, inkişafına öz mənfi təsirini göstərmişdir. Belə halların olması sonda məhsuldarlığın aşağı düşməsinə, əhalinin qidaya olan tələbatının tam ödənilməməsinə səbəb olur".Həmçinin, yanvar ayında intensiv qarın yağması bitkiçilik sahəsi üçün böyük əhəmiyyətə malikdir. Digər tərəfdən də xəstəlik və zərərvericilərin yumurtalarını, süfrələrini məhv edəcək."Şaxtalı soyuq havanın olması taxıl sahələrində kütləvi yayılmış gəmiriciləri-siçanları məhv edir. Ağac bitkilərinin vaxtından əvvəl çiçəkləməsinin qarşısını alır. Qeyd olunan məsələlər sonda bütün kənd təsərrüfatı bitkilərinə müsbət təsir göstərməklə, yüksək məhsul istehsalına zəmin yaradacaq" - deyə H.İdrisov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/09/450482582_167:0:2834:2000_1920x0_80_0_0_dc25c81915fe64ade6dce99542c23ae1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qar, kənd təsərrüfatı, aqrar, azərbaycan dövlət aqrar universiteti
qar, kənd təsərrüfatı, aqrar, azərbaycan dövlət aqrar universiteti
Yağan qar Azərbaycanın kənd təsərrüfatına dərman təsiri bağışlayıb
Mütəxəssis qarın kimyəvi tərkibinin su olduğunu diqqətə çatdıraraq onun meyvə bağları və əkin sahələri üçün faydasından danışıb
BAKI, 14 yanvar - Sputnik. Son günlər respublikanın müxtəlif bölgələrində, xüsusilə də qərb bölgəsində intensiv qarın yağması, havaların şaxtalı keçməsi insanlara sevinc bəxş etməklə yanaşı, həm də kənd təsərrüfatı üçün iqtisadi baxımdan əlverişlidir. Qarın yağması demək olar ki, kənd təsərrüfatının bütün sahələrinə öz müsbət təsirini göstərir.
Bu fikirləri Dövlət Aqrar Universitetinin əməkdaşı, dosent Hüseyn İdrisov Azərtac-a deyib.
Mütəxəssis qarın kimyəvi tərkibinin su olduğunu diqqətə çatdıraraq onun meyvə bağları və əkin sahələri üçün faydasından danışıb:
"Son illər dünyada gedən qlobal istiləşmə, yağıntıların azalması təbiətdə sürətli dəyişilmələrə səbəb olmuş, insanları qida çatışmazlığı təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu gün bir çox bölgələrdə qarın yağması torpaqda tələb olunan rütubətlik səviyyəsini artırmaqla, payızda səpilmiş taxıl bitkilərini, çoxillik meyvə-giləmeyvə bitkilərinə çox müsbət təsir göstərəcək. Payız-qış mövsümündə yağıntıların az olması, əksər bölgələrdə süni suvarma imkanın olmaması bitkilərin böyüməsinə, inkişafına öz mənfi təsirini göstərmişdir. Belə halların olması sonda məhsuldarlığın aşağı düşməsinə, əhalinin qidaya olan tələbatının tam ödənilməməsinə səbəb olur".
Həmçinin, yanvar ayında intensiv qarın yağması bitkiçilik sahəsi üçün böyük əhəmiyyətə malikdir. Digər tərəfdən də xəstəlik və zərərvericilərin yumurtalarını, süfrələrini məhv edəcək.
"Şaxtalı soyuq havanın olması taxıl sahələrində kütləvi yayılmış gəmiriciləri-siçanları məhv edir. Ağac bitkilərinin vaxtından əvvəl çiçəkləməsinin qarşısını alır. Qeyd olunan məsələlər sonda bütün kənd təsərrüfatı bitkilərinə müsbət təsir göstərməklə, yüksək məhsul istehsalına zəmin yaradacaq" - deyə H.İdrisov bildirib.