CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 14 yanvar

© Sputnik / Elnur Salayev14 yanvar
14 yanvar - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 14 yanvar — Sputnik. Yanvarın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 14-də kimlər anadan olub?
Zahid Xəlilov (1911-1974) - Azərbaycan riyaziyyatçısı, əməkdar elm xadimi, Azərbaycan SSR Elmlər Akademiyasının prezidentidir (1962-1967). Akademik SSRİ-də ilk "Funksional analiz" dərsliyini yazıb. 1967-ci ildən ömrünün sonuna kimi özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.
Tofiq Kazımov (1923-1980) - Azərbaycan SSR xalq artisti, teatr rejissoru, aktyor və pedaqoqdur. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaradılması onun adı ilə bağlıdır.
Robert Fulton (1765-1815) - amerikalı mühəndis və ixtiraçıdır. O, ilk paroxodlardan birinin yaradıcıvə ilk sualtı qayıqlardan birinin dizaynını təsisçisidir.
Klod Mone (1840-1926) - fransız rəssamı və impressionizmin banilərindən biridir. Onun rəsmləri məşhur muzeylərdə - Nyu-York şəhərində yerləşən Metropoliten Muzeyində, Sent-Luis İncəsənət Muzeyində, Uels Milli Muzeyində, Nantdakı Təsviri Sənət Muzeyində, Klivlend İncəsənət Muzeyində və s. muzeylərdə saxlanılır.
Albert Şveytser (1875-1965) - alman və fransız ilahiyyatçısı, filosof, humanist, musiqiçi və həkimdir, O, Nobel Sülh Mükafatı laureatıdır (1952).
Fay Danauey (1941) - ABŞ-ın teatr və kino aktrisası, prodüseri, "Oskar", "BAFTA", "Qızıl Qlobus", "Emmi", "Qızıl qartal" mükafatlarının laureatıdır.
Valeri Xarlamov (1948-1981) - rusiyalı xokkeyçi, ikiqat Olimpiya çempionu və səkkiz qat dünya çempionudur. Həm ölkəsində, həm də xaricdə tanınan 1970-ci illərin SSRİ-nin aparıcı xokkeyçilərindən biridir.
© Sputnik / Igor Utkin / Mediabanka keçidSSRİ xokkey yığmasının böyük məşqçisi Viktor Tixonov (ortada) məşq zamanı. Xokkeyçilər, müdafiəçi Valeri Vasiliev, hücumçular Valeri Xarlamov və Vladimir Petrov (məşqçinin solunda, 1977)
Старший тренер сборной команды СССР по хоккею Виктор Тихонов (в центре) во время тренировки. Хоккеисты, защитник  Валерий Васильев, нападающие  Валерий Харламов и Владимир Петров ( слева от тренера, 1977) - Sputnik Azərbaycan, 1920, 13.01.2024
SSRİ xokkey yığmasının böyük məşqçisi Viktor Tixonov (ortada) məşq zamanı. Xokkeyçilər, müdafiəçi Valeri Vasiliev, hücumçular Valeri Xarlamov və Vladimir Petrov (məşqçinin solunda, 1977)
Yanvarın 14-də dünyada baş verən tarixi hadisələr
1700-cü ildə I Pyotr rusiyalı zadəganlara köhnə uzun geyimlər əvəzinə qısa Avropa kostyumları geyinməyi əmr edib.
1814-cü ildə Sankt-Peterburqda İmperator Xalq Kitabxanasının açılışı olub. Dünyanın ən böyük kitabxanalarından biri olan bu müəssisə Rusiya Federasiyasında ikinci ən böyük fonddur.
1992-ci ildə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb. Bu, Azərbaycanın xarici ölkə ilə imzaladığı ilk diplomatik sənəd olub.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
2019-cu ildən Ümumdünya Məntiq Günü qeyd edilir. Bu tarix Polşa əsilli amerikalı riyaziyyatçı Alfred Tarskinin doğum günü və avstriyalı məntiqçi Kurt Gödelin vəfatı ilə eyni günə təsadüf edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0