ELM

Koronavirusdan sonra insanlarda yaranan fiziki zəiflik və halsızlığın səbəbi nədir?

© AFP 2024 / STRCovid-19
Covid-19 - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Fiziki fəaliyyətə dözümsüzlük, yaxud gözlənilən və ya arzu olunan səviyyədə məşq edə bilməmək uzun sürən COVID-19-un əlamətlərindən biridir.
BAKI, 14 yanvar — Sputnik. ABŞ-ın Yelsk Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, COVID-19-dan sonra idman edə bilməmək bədən toxumaları tərəfindən oksigenin udulmasının pozulması ilə əlaqədardır.
Tədqiqatın nəticələri Avropa Tənəffüs Cəmiyyətində (European Respiratory Society) dərc edilib.
Fiziki fəaliyyətə dözümsüzlük, yaxud gözlənilən və ya arzu olunan səviyyədə məşq edə bilməmək uzun sürən COVID-19-un əlamətlərindən biridir. Xəstə nəfəs almaqda çətinlik çəkdiyini və ya fiziki fəaliyyətlə məşğul ola bilmədiyini söylədikdə, həkimlər, adətən, kompüter tomoqrafiyasını, exokardioqram və ya ağciyər funksiyası testini aparırlar.
Bu müayinələr ürək və ağciyərlərdə problemlərin mövcudluğunu müəyyən edə bilir. Ancaq fiziki zəifliyin başqa bir səbəbi də ola bilər.
Amerika alimləri 55 könüllünün iştirak etdiyi araşdırma nəticəsində müəyyən ediblər ki, COVID-19-dan sonra idman edə bilməmək orqanizmin toxumaları tərəfindən oksigenin udulmasının pozulması nəticəsində baş verir. Ürək problemlərinin olmamasına və qanda kifayət qədər oksigen doyma səviyyəsinə baxmayaraq, bir çox test subyektinin bədən toxumaları ondan istifadə edə bilməyib.
Qeyd olunub ki, fiziki zəiflikdən şikayət zamanı həkimlər xəstələrə əsasən daha çox hərəkət etməyi və fitneslə məşğul olmağı tövsiyə edirlər. Ancaq bu təlimatlara əməl etmək bəzi insanlar üçün mümkün deyil. Tədqiqat müəllifləri qeyd ediblər ki, əzələ zəifliyini müalicə edən dərmanlar, xüsusən də tərkibində piridostiqmin olan dərmanlar sayəsində xəstə özünün daha yaxşı hiss edə bilər. Həmçinin, həkim nəzarəti altında vitamin-mineral komplekslərinin qəbulu nəticəsində fiziki aktivlik qabiliyyəti arta bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0