DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Netanyahu: İsrailin HƏMAS-la müharibəsi aylarla davam edəcək

© © Alex Kolomiensky / Yedioth Ahronoth via AP, PoolБиньямин Нетаньяху, фото из архива
Биньямин Нетаньяху, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Baş nazir: 100 gün əvvəl HƏMAS-ın yırtıcıları İsrail dövlətinə soxuldular, vətəndaşlarımıza təcavüz etdilər, yandırdılar və girov götürdülər
BAKI, 14 yanvar - Sputnik. İsrailin HƏMAS-a qarşı müharibəsi uzun aylar davam edəcək.
“Report” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin 2024-cü il dövlət büdcəsinin təsdiqi ilə bağlı hökumət iclasını açarkən deyib.
"Aydın oldu ki, biz müharibəni aparmalıyıq və bu, hələ çox aylar çəkəcək. Ona görə də bu gün hərbi büdcəni önə çəkirik. Bu, müharibə vəziyyətində olduğumuz ilin büdcəsidir. Bu, bizdən planlaşdırdığımızdan daha çox təhlükəsizlik xərcləri tələb edir. Həmçinin başa düşürük ki, İsrail dövlətini bir çox malların xarici satınalmalarından, yerli satınalmalardan, yerli istehsal imkanlarından asılılıqdan azad etmək üçün çoxillik plana investisiya qoymalıyıq", - Netanyahu bildirib.
"Hazırda ilk növbədə, müharibə xərclərini ödəməyimiz tələb olunur ki, bu da cari ildə müharibə aparmağımıza və HƏMAS-ın zərərsizləşdirilməsi, girovlarımızın geri qaytarılması, həm şimalda, həm də cənubda təhlükəsizliyin bərpası da daxil olmaqla hədəflərinin yerinə yetirilməsini başa çatdırmağımıza imkan verəcək", - Baş nazir əlavə edib.
“100 gün əvvəl HƏMAS-ın yırtıcıları İsrail dövlətinə soxuldular, vətəndaşlarımıza təcavüz etdilər, yandırdılar və girov götürdülər. Biz onların yarısını geri qaytardıq, onların hamısının istisnasız olaraq evə qayıtması üçün hər şeyi edirik və bu səylər ardıcıl davam edir. Biz bunları müharibənin digər məqsədlərinə çatmaqla eyni vaxtda tamamlayacağıq”, - Netanyahu vurğulayıb.
Xəbər lenti
0