ELM

Həkim insan orqanizminə ən çox zərər vuran qidanın adını açıqladı

© Sputnik / Илья Питалев / Mediabanka keçidƏridilmiş pendir
Əridilmiş pendir - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Həkim-diyetoloq Aleksandra Razarenova bildirib ki, bu məhsulu xroniki xəstəlikləri olmayan insanlar gündə bir və ya iki qaşıqdan çox qəbul etməməlidirlər.
BAKI, 14 yanvar — Sputnik. Əridilmiş pendirin tərkibində olan təhlükəli qida əlavələri bu məhsulu təbii pendirdən əhəmiyyətli dərəcədə fərqləndirir.
Bunu həkim-diyetoloq Aleksandra Razarenova Sputnik radiosunun efirində deyib.
Həkim əridilmiş pendirin niyə belə geniş yayıldığını və populyarlaşdığını xatırladıb. Bu məhsul qəlyanaltıların tez hazırlanmasında istifadənin asanlığına və özünəməxsus dadına görə məhşurlaşıb. Lakin bu məhsulu daha cəlbedici etmək üçün istehsalçılar əridilmiş pendirə emulqatorlar, ətirləndiricilər, dadlandırıcılar və konservantlar əlavə etmək məcburiyyətində qalırlar, həmçinin çox vaxt trans-yağlardan da istifadə edirlər.
"Rasionda əridilmiş pendirin həddindən artıq miqdarda olması qanda xolesterinin artmasına, piylənməyə, ürək-damar xəstəlikləri və şəkər xəstəliyinə tutulma riskinin artmasına səbəb ola bilər. Əridilmiş pendirin tərkibindəki əlavələr də bəzi insanlarda allergik reaksiyalar yarada bilər" - Razarenova bildirib.
Həkimin fikrincə, bu məhsulu xroniki xəstəlikləri olmayan insanların gündə bir və ya iki qaşıqdan çox olmayaraq qəbul etməsi təhlükəsizdir.
Xəbər lenti
0